Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İqor Korotçenko Putinin sözlərini izah etdi: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

Tarix: 23-11-2020 21:18     Baxış: 3165 A- / A+
İqor Korotçenko Putinin sözlərini izah etdi: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”


“Rusiya heç vaxt Dağlıq Qarabağda Ermənistan üçün mübarizə aparmaq niyyətində olmayıb”.


Manevr.az-ın məlumatına görə, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qarabağın və ətraf ərazilərin Azərbaycanın tərkib hissəsi olması barədə açıqlaması Moskvanın münaqişənin əvvəlindən tutduğu mövqeyi təsdiqləyib.

“Bu, Rusiyanın guya Ermənistanı satması barədə hay-küy salanlara mesajdır. Biz heç vaxt Dağlıq Qarabağda Ermənistan üçün vuruşmağa hazırlaşmamışıq. Putin sadəcə bu gün bizə bəziləri tərəfindən ünvanlanan illüziya xarakterli gözləntilərə və qınaqlara cavab verdi. İlk növbədə bütün iradları özünüzə ünvanlayın. Erməni cəmiyyəti, Ermənistan dövləti, erməni siyasi elitası - bütün sualları özlərinə ünvanlamalıdırlar”, - deyə İ.Korotçenko bildirib.

“Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Rusiyanın bu məsələ ilə bağlı mövqeyi münaqişənin lap əvvəlindən belə olub”, - deyə ekspert əlavə edib.info24

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar