Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Peqovdan Paşinyana ağır İTTİHAM: “Ermənilərə xəyanət edib!“

Tarix: 23-11-2020 12:05     Baxış: 3153 A- / A+
Peqovdan Paşinyana ağır İTTİHAM: “Ermənilərə xəyanət edib!“

İkinci Qarabağ savaşında saxta məlumatlar yayan rusiyalı blogger Semyon Peqov yalanlarını davam etdirir.

Manevr.az xəbər verir ki, o, bu dəfə Şuşa uğrunda gedən döyüşlər barədə cəfəngiyat danışıb.

Peqov iddia edib ki, Azərbaycan Şuşanı hərbi yolla azad etməyib. Onun sözlərinə görə, Şuşanın azad edilməsi siyasi qərarın nəticəsidir. Bununla da Peqov Azərbaycan Ordusunun qüdrətini kiçiltməyə çalışıb.

Amma Peqovun bu yalanı söyləməsinin başqa səbəbi də var. Məsələ burasındadır ki, artıq ermənilər də rusiyalı bloggerin yalançı olduğunu bilirlər və hətta onun cəzalandırılması Ermənistan cəmiyyətinin gündəmində olan əsas məsələdir.

Peqov Hadrut şəhəri işğaldan azad ediləndə bunun yalan olduğunu bəyan etmişdi. Bu saxta informasiyaya erməniləri də inandıra bilmişdi. Məhz Peqovun “fake”ləri sayəsində erməni cəmiyyəti Hadrutun itirimədiyini düşünürdü. Rusiyalı blogger eyni yalanları Şuşa barədə də söyləmişdi. Ermənilər yalnız müharibə bitəndən sonra anlamışdılar ki, Peqovun dedikləri yalanmış. Buna görə də rusiyalı bloggerə qəzəblidirlər.

Peqov da bunun fərqində olduğu üçün öz yalanlarına haqq qazandırmaq məqsədilə Ermənistanın hərbi-siyasi rəhbərliyini və separatçı rejimi zərbə altına qoymağa çalışır. Onun sözlərindən belə çıxır ki, Şuşa rəsmi İərvanın və separatçı rejimin xəyanəti nəticəsində itirilib.

Amma ermənilərin onun bu yalanını həqiqət kimi qəbul edəcəkləri inandırıcı görünmür.

Məlumat üçün deyək ki, Azərbaycanın Baş prokuroru tərəfindən Semyon Peqov barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən Peqovun vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar