Sizin Reklam Burada
Xəbər lenti
27 noyabr
26 noyabr
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..." - Prezident Sarkisyandan məcburi etiraf

Tarix: 21-11-2020 11:05     Baxış: 337 A- / A+
“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..." - Prezident Sarkisyandan məcburi etiraf

Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub.

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli "Arovat" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: "1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 min və ya 130 mindi. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi".

Sarkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi: "Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi".

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib və medianın "Feysbuk"dan "kopipast"dan başqa bir iş görmədiyini bildirib.

Bundan başqa, o, razılaşmır ki, Ermənistanda informasiya texnologiyaları sahəsi inkişaf edib. "Bizdə buna can atan çoxlu sayda istedadlı gənclər var, lakin bizdə həmin sistem yoxdur. Belarus kimi bir ölkədə, bu gün bir neçə dəfə, on dəfə daha çox proqramçılar fəaliyyət göstərir. Xaricdən, ABŞ-dan və Kanadadan böyük miqdarda pul yatırılan proqramlaşdırma sahəsi mövcuddur. 30 000 tələbənin təhsil aldığı İnformasiya Universiteti var. Dövlət bu sahəyə pul qoymayıb, lakin müvafiq siyasət aparıb. Və bu, Belarusa aiddir, Çinə, Fransaya və ya ABŞ-a yox. Biz burada da geri qalmışıq", - deyə prezident vurğulayıb.

Sarkisyanın sözlərinə görə, Ermənistanda elm də" axsayır": "Elmlər Akademiyası bir neçə dəfə ixtisar edilib, daha pis maliyyələşdirilir. Çox yaxşı alimlərimiz var, insanlar var, amma sistem yoxdur".

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar