Xəbər lenti
“Kəlbəcərin ölkəmizin iqtisadi həyatında böyük rolu olacaq” - Deputat
İşğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın əzəli torpaqlarıdır. Bunun böyük siyasi, mənəvi həm də ölkəmiz üçün iqtisadi əhəmiyyəti var. Siyasi-mənəvi əhəmiyyəti ondan ibarətdir ki, bu ərazilər Azərbaycan tarixi torpaqlarıdır. Bu torpaqlar işğaldan azd olunub. Bundan sonra qaçqın və məcburi köçkünlər öz yürd-yuvalarına qayıdacaq. Orada yenidən həyat öz qaydasına düşəcək.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın fikrincə, bu ərazilərin ölkəmiz üçün sosial-iqtisadi cəhətdən mühüm əhəmiyyəti var, ora təbii ehtiyatlar və faydalı qazıntıları ilə zəngindir:
"İşğaldan azad olunan ərazilərimiz kənd təsərrüfatı üçün də önəmli bölgələrdir. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına səfəri bu ərazilərdə yenidən canlanmanın yaranmasını şərtləndirəcək. Artıq müəyyən işlərin görülməsi istiqamətində Cənab Prezident öz tapşırıqlarını verib. Tez bir zamanda həmin regionlarda yenidən həyatın dirçəlməsinə şahidi olacağıq.
Bu gün Azərbaycanın iqtisadi reallıqları imkan verir ki, həmin ərazilərin inkişafı təmin olunsun. Azərbaycanın tarixi şəhəri olan Şuşaya yolun çəkilməsi ilə bağlı maliyyə vəsaiti ayrılıb. Digər infrastruktur üçün də şərait yaradılacaq”.
Azər Badamovun sözlərinə görə, Kəlbəcərin ölkəmizin iqtisadi həyatında rolu olduqca böyük olacaq: “Çünki bu rayon böyük kənd təsərrüfatı, faydalı qazıntıları ilə zəngindir. Bu regionların Azərbaycana qayıtması iqtisadiyyatımızın daha güclənməsinə öz töhfəsini verəcək. Ölkədə kənd təsərrüfatı məhsularının istehsalına, bolluğun yaranmasına, sənaye potensialının yeni çalarlar üzərində qurulmasına nail olunacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar