Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Putin Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir” – ADR sədri

Tarix: 18-11-2020 15:49     Baxış: 4169 A- / A+
“Putin Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir” – ADR sədri

“Vladimir Putinin çıxışını izləyərkən sərgilədiyi məqamlara diqqəti cəlb etmək istərdim. Rusiya prezidenti ilk növbədə Azərbaycanı müstəqil və suveren dövlət hesab edir, ölkəmizin ərazi bütövlüyünü qəbul edir. Qarabağı Azərbaycan ərazisi sayır, onu dövlət kimi hətta Ermənistan tərəfindən də tanınmadığını bildirir və bu işin perspektivinə inanmır”.

Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu sosial şəbəkədəki hesabında yazıb.
O, V.Putinin "Rossiya-24" telekanalına müsahibəsi zaman Dağlıq Qarabağa dair sərgilədiyi mövqeyi şərh edərək vurğulayıb ki, Rusiya Prezidenti Vətən Müharibəsində Azərbaycan Ordusunun üstünlüyünü etiraf edib, hətta atəşkəs bəyanatı bir neçə saat gec imzalanmasaydı, Xankəndinin də götürüləcəyi ilə bağlı məlumatlı olduğunu göstərib:

“Putin Qarabağ probleminin yaxın vaxtlarda həllinə inanmır və Qarabağda status-kvonun uzun müddətli dövrdə saxlanılmasında və statusun gələcəkdə müəyyənləşdirilməsində marağını gizlətmir. O, türk qoşunlarının Qarabağ ərazisində olmasını mümkün saymır, eyni zamanda Azərbaycan ərazisində yerləşməsinə də etiraz etmir”.

ADR sədrinin qənaətincə, Putin Qarabağ probleminin yaranmasında və digər məsələlərdə də SSRİ-nin zəifləməsini və dağılmasını səbəb bilir, SSRİ-nin bərpasında hələ də marağı qaldığını nümayiş etdirir:

“Rusiya prezidenti Qarabağ probleminin həllində tutduğu mövqeyi beynəlxalq hüquqa hörməti ilə əsaslandırır və rus qoşunlarının Qarabağda mövcudluğunu legitim sayır. Çalışır ki, rus qoşunlarının hazırkı fəaliyyətinə görə nə Ermənistanda, nə də Azərbaycanda ictimai etimadını itirməsin, əksinə tərəfdarlarını artırsın. O, Qarabağda rus qoşunlarını saxlamağa və bölgədə kommunikasiya xətlərinin bərpasına uzunmüddətli layihə kimi baxır. Ən nəhayət, Rusiya prezidenti Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir, onu nə Azərbaycana, nə də Ermənisana vermək istəmir. Hətta Gürcüstan nümunəsini göstərərək hər iki tərəfi təhdid də edir”.yenisabah.az

Manevr.az
“Putin Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir” – ADR sədri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar