Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu adamlar Qarabağ konfliktinə görə pul qazanıblar, artıq status məsələsi..." - Səməd Seyidov

Tarix: 17-11-2020 18:44     Baxış: 4187 A- / A+
“Bu adamlar Qarabağ konfliktinə görə pul qazanıblar, artıq status məsələsi..." - Səməd Seyidov

Bəzi qüvvələr mövcud reallığı qəbul edə bilmirlər. Ermənilərlə yanaşı həm də onların havadarları reallığı dərk etmirlər. Niyə qəbul edə bilmirlər? Bu illər ərzində müharibənin davam etdiyi zaman da bunu açıq şəkildə görmək olurdu.

Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun fikrincə, Azərbaycan Ordusu Şuşanı azad edəndə də Ermənistan siyasi-hərbi rəhbərliyi yalan məlumatlar verirdilər: “Silahlı Qüvvələrimiz cənub istiqamətində bütün ərazilərə, Laçına doğru istiqamətlənmişdi. Amma yenə də erməni rəhbərliyi döyüşlərin Füzulidə getməsi haqqında yalan məlumatlar verirdi. Bu, o demək deyil ki, həqiqəti bilmirdilər, reallığı bilib qəbul etmək istəmirdilər. Əvvəlcə yalan danışıb sonra vəziyyətdən çıxmağa hesablanmış fikirlər yayırdılar. Sonra isə vəziyyətdən çıxa bilmədilər”.

Deputat qeyd edib ki, məğlub olduqdan, Ermənistanda fəlakət yarandıqdan sonra da reallığı sona qədər dərk edə bilmirlər: “Onlar başa düşməlidirlər ki, reallıq və siyasi yanaşmalar dəyişib. Azərbaycan artıq qalib bir tərəfdir. Ermənistan isə bu məğlubiyyət fonunda bir dövlət kimi çöküb”.

Səməd Seyidovun sözlərinə görə, bəzilərinin hələ də səsləndirdiyi status məsələsi Prezidentin vurğuladığı kimi gorbagor oldu: “Ancaq ermənilərin havadarları hələ də öz ampluasındadır. Çünki bu adamlar illər boyu Ermənistan və Dağlıq Qarabağ mövzusu hesabına nüfuz sahibi olub, pul qazanıblar. Bu proses isə artıq yox oldu. Amma onlar bu reallıq olmadığı halda belə öz planlarından və niyyətlərindən əl çəkməyəcəklər. Çalışacaqlar bundan sonra daha kəskin və hiyləgər şəkildə iş aparacaqlar. Fransada fəaliyyət göstərən erməni lobbisi qəbul etsə ki, vəziyyət dəyişib, Ermənistandakı qüvvələr və ona dəstək verən lobbi təmsilçisi deputatlar hakimiyyətdən getməlidir. Bundan sonra onların özlərinin mövcudluğu sual altına düşəcək”.

Millət vəkilinin fikrincə, bu, yalnız Faransaya aid deyil: “Bu başqa ölkələrə və dairələrə də aiddir. Çünki bu qüvvələr Ermənistan və Dağlıq Qarabağ kartından oyuncaq fiqur kimi istifadə edirdilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar