Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynalı jurnalist: “Rusiya namərdlik edir”

Tarix: 12-11-2020 19:10     Baxış: 4156 A- / A+
Ukraynalı jurnalist: “Rusiya namərdlik edir”

"Noyabrın 10-da Dağlıq Qarabağdakı hərbi əməliyyatlar başa çatıb. Lakin regionda sabitliyin və həqiqi sülhün bərqərar olması tezliklə baş verməyəcək. Yenidən qovuşma heç də asan başa gəlməyəcək. Bununla belə döyüşlər mərhələsi başa çatıb, bu da əsas məsələdir, yəni inkişaf yolu açılır. Mənim dəyişməz mövqeyimə görə insan həyatı və sağlamlığı dünyanın ən böyük nemətidir. Ona görə də döyüşlərin aktiv mərhələsinin başa çatmasını alqışlayıram".

Manevr.az xəbər verir ki, bunu ukraynalı jurnalist, Ukrayna Müstəqil Media Platformunun həmtəsisçisi Roman Revecuk söyləyib.

O qeyd edib ki, sovet ittifaqının süqutundan sonra Ermənistanda hakimiyyətə gələnlər yalan və talana əsaslanan siyasətlərini inqilabi şüarlarla ört-basdır etməyə çalışıblar:

"Lakin təcrübə göstərdi ki, təkcə şüarlarla güclü dövlət, ələlxüsus da sivil dövlət qurulmaz. Azərbaycanda isə İlham Əliyev tərəfindən qurulan dünyəvi dövlət həm Qafqazda, həm də Avropa sivilizasiyalar evində hörmət qazanıb. Bu gün Azərbaycandakı vəziyyət əyani göstərir ki, hətta on illərlə dondurulan münaqişələr gec-tez yenidən qızışacaqdı. Hərbi münaqişələrini başlayanların iştirakı ilə sülh yolu ilə həlli barədə dəm vurmağı xoşlayanlar bunu qulağına sırğa etməlidir. Rusiya kimi Ermənistan da öz tarixini xeyli dərəcədə yalan və uydurmalar üzərində quraraq qonşu xalqları alçaldır, əksər hallarda yaxın xalqlara qarşı namərdlik edir. Beynəlxalq hüquqa görə Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağın işğal olunması da buna əyani sübutdur. Üstəlik, müasir Ermənistan dövləti Ukraynanı da düşmənləri siyahısına salıb. Beynəlxalq tədbirlərdə onlar beynəlxalq hüququ pozaraq daim Ukraynaya qarşı səs verirlər. Bu il isə Rusiyaya yarınmaq üçün işğal edilmiş Krıma təyyarə uçuşlarına da icazə verdilər".

Ukraynalı jurnalist Azərbaycan-Ukrayna münasibətlərindən də söhbət açıb:

"Keçmişə nəzər salsaq, Azərbaycan tarixi Ukrayna tarixinə çox bənzəyir. Ayrı-ayrı məqamları kənara qoysaq, bütövlükdə türk xalqları Ukrayna xalqları ilə daha çox tərəfdaş münasibətində olub, həm Kiyev Rus dövləti, həm də Osmanlı dövləti dövründə dost olublar. Bu gün də Ukrayna ilə Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin müasir Avropa dünyası üçün mühüm əhəmiyyət daşıdığını söyləyə bilərik. Bu gün Azərbaycan öz ərazisini işğaldan təmizləyir. İşğalçı Ermənistan bu davada uduzub. Ermənistanın təslim olmasına dair razılaşma noyabr ayının əvvəlində imzalanıb, amma Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini hələ oktyabrın axırında darmadağın etdi. İndi erməni təbliğatı öz ictimaiyyətinə nə qədər yalan satırsa-satsın, Ermənistanın hərbi və siyasi rəhbərliyi nə qədər böyük itkilərə düçar olduqlarını, bərpa olmaq üçün heç bir ehtiyatlarının olmadığını başa düşür. Çünki hər şey talan edilib. Azərbaycan Ordusu isə bu gün əslində NATO prinsiplərinə və standartlarına əsasən qurulub. Ona görə təslim sazişi Ermənistan üçün yeganə çarə oldu. Mən də ukraynalı siyasətçi, respublikaçı kimi Azərbaycan xalqını salamlayır, Azərbaycan dövlətini bu qələbə münasibətilə təbrik edirəm. Tarix göstərir ki, sülh istəyən gərək müharibəyə hazırlaşsın. Bu da çox kədərli məsələdir. Azərbaycanın Dağlıq Qüarabağı işğaldan xilas etməsi təkcə sizin qələbəniz deyil, həm də tarixi haqq-ədalətin qələbəsidir".

R.Revecuk Ermənistanın uğradığı məğlubiyyətin başlıca səbəblərini də açıqlayıb:

"Bugünkü Ermənistan dövləti tənəzzül etdiyinə görə dava-dalaşa meyl edir. Mən qəti olaraq bütün erməni xalqına qarşı deyiləm, çünki sadə xalqın təqsiri yoxdur. İşğalçılara isə mən natamamlıq hissinə qapılmış yarımçıq imperialistlər deyirəm, bunlar öz hikkələrini yeritmək üçün bütöv xalqın gələcəyini məhv etməkdən çəkinmir. Erməni xalqına müdrik olmağı, öz ölkəsinin, gələcəyinin məsuliyyətini üzərinə götürüb həmin yarımçıq imperialistlərinə həddini bildirərək hamı ilə dost və mehriban münasibətləri qurmağa başlamağı, dövləti sivil məcrada inkişaf etdirməyi arzulayıram. Bu gün erməni siyasətbazları Qarabağda guya üç ordunun döyüşməsi barədə uydurmalar yayır ki, əslində özlərini gülünc vəziyyətə qoyurlar. Bu gün-sabah hələ kosmosdan gələnlərin də Azərbaycan tərəfində vuruşduqlarını eşidə bilərik. Bu yerdə Azərbaycana guya Ukraynadan satılmış kaset bombaları barədə xəbərlər yada düşür. Belə silahlar Ukrayna ordusunun cəbbəxanasında heç yoxdur. 2014-cü ildə Rusiya da eyni şəkildə guya Amerikanın bizə satdığı fosfor bombaları ilə Donbas şəhərlərini vurmamız barədə yalanları ortaya atmışdı. Məncə, bu kimi ağlasığmaz yalanları dövriyyəyə buraxanlar daha inandırıcı olsun deyə əvvəlcə özlərini də ona inandırırlar. Bu gün Ermənistanda daxili vəziyyət xeyli qarışıb, vətəndaş müharibəsi həddinə belə çata bilər. Erməni xalqı sadə bir həqiqəti unutmamalıdır: indi çəkdikləri əziyyətlər yerli siyasətbazların illər boyu ölkəni öz məqsədləri naminə aldatmalarının acı nəticəsidir"./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar