Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bəyanat imzalanan gecə nə baş verdi? - Trofimçuk

Tarix: 11-11-2020 20:41     Baxış: 4161 A- / A+
Bəyanat imzalanan gecə nə baş verdi? - Trofimçuk

Qarabağla bağlı yeni sənədlərin imzalanmasının ”kosmik” sürəti məhz Rusiya helikopterinin faciəsi ilə müəyyən edilib. Anidən bu nöqtədə hər şey bir araya gəldi və bir çoxları nəsə etmək üçün vaxtın gəldiyini başa düşdü.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı politoloq, “Avrasiya ideyalarının emalatxanası” Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk deyib.

“Bununla yanaşı, istər-istəməz belə bir fikir yaranır ki, vertolyotla bağlı faciənin özü də Şuşada baş verən hadisələrlə bağlıdır. Ona görə də mən üçtərəfli səviyyədə baş verənlərin əsas nöqtəsi kimi Şuşanı göstərərdim. Bu mənada Şuşanın tarixi simvolizmi daha da gücləndi”, - deyə rusiyalı ekspert qeyd edib.

Trofimçuk xatırladıb ki, bir neçə il bundan əvvəl o, müxtəlif müsahibələrdə regional ölkələrin – Rusiya, Azərbaycan, Türkiyə və İranın regiondankənar qüvvələrin bu əraziyə daxil olmasına imkan verməmək üçün şərti “Qafqaz Qalası”nı yaratmağa cəhd edə biləcəyini deyib:

“Deyəsən, elə bu mənaya gəlir. Üstəlik, məhz Ağ Evdəki növbəti dəyişiklik anında. Təkcə Paşinyan deyil, onun Ermənistandakı tərəfdarları da ABŞ-ın yeni rəhbərliyinin hakimiyyətə gəlişini gözləyirdilər və o, artıq gəlir. Ağ Ev Dağlıq Qarabağ statusuna fokuslanaraq, regional vəziyyətə təsir göstərməyə çalışacaq. Və ən əsası, bu barədə hələ sakit şəkildə danışılır, amma əslində bir çox şərhçi, o cümlədən ermənilər də Rusiyanın Ermənistanı xilas yox, məhz “təslim” etdiyinə inanır.

Hazırda Rusiya-Ermənistan münasibətlərində baş verənlərə hər cür münasibət göstərmək mümkündür, lakin bu münasibətlər Avrasiya məkanının vəziyyətinə təsir göstərəcək. Burada hələlik heç bir bəlli qərar yoxdur. Hazırda Ermənistanın “əl-qolu bağlanıb”.

Ekspert Paşinyanın “mən əraziləri sülhə dəyişmirəm” adlı tezisini xatırladıb:

“Mən dəfələrlə bunu Qarabağda müharibəyə təhrik edən əsas amil kimi göstərmişəm. Ancaq ermənilər özləri “inqilabçı” baş nazirlərinin arxasında dağ kimi dururdular. O gecəyə (bəyannamə imzalanan gecə) qədər... İndi isə onlardan soruşmaq istəyirəm: “Paşinyan o gecə nəyi və nəyə dəyişdi ki, indi onu xain adlandırırsınız?”

Trofimçuk həmçinin bütün Azərbaycan xalqının bu günü uzun müddət gözlədiyini və indi onu hər yerdə bayram etdiyini vurğulayıb:

“Xalq uzun müddət əldə etmək istədiyini qazandı. Torpaqları abadlaşdırmaq üçün sülhə ehtiyac var. Buna görə də bu yeni düzəni pozmaq istəyənlər çox olduğundan hər kəsi son dərəcə diqqətli olmağa çağırıram. Onu da demək lazımdır ki, azərbaycanlılar keçmiş sovet məkanında özünü real bir işdə – həqiqi müharibədə sınayan demək olar ki, ilk ordusu ilə fəxr edə bilər. Eyni zamanda, əks tərəfdəki erməni tərəfinin, deyəsən, heç ümumiyyətlə ordusu yoxdur. Bu, bəlkə də dünyada ən zəif hərbçilərdir. 2006-cı ildə Azərbaycanla bağlı kitabımda azərbaycanlıların heç vaxt Qarabağı öz beyinlərində silməyəcəyini söyləmişəm. Bu uzunmüddətli inam indi onlara kömək etdi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar