Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: “Azərbaycan ordusu düşməni öz dilində anladaraq kapitulyasiya şərtlərinə razı saldı”

Tarix: 10-11-2020 18:29     Baxış: 3269 A- / A+
Deputat: “Azərbaycan ordusu düşməni öz dilində anladaraq kapitulyasiya şərtlərinə razı saldı”

“Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi”.

Manevr.az-ın məlumatına görə, bunu ölkə.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev dəfələrlə xarici media nümayənədlərinə müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır. “Ali Baş Komandanın komandanlığı altında qəhrəmanlıq salnaməsi yazan rəşadətli Azərbaycan ordusu döyüş meydanında azğın dü.məni başa düşdüyü dildə salıb, ağır məğlubiyyətlərə düçar etdikdən sonra, cənab Prezident İlham Əliyev qarşısında diz çökərək onun şərtlərini qəbul etmək zorunda qaldı. Sentyabrın 27-dən başlanan əks-hücum həmləsi nəticəsində qəhrəman Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad etdi. Əgər azğın düşmən diz çökməsəydi, ən qısa zamanda ordumuz iğal altında olan digər torpaqları da azad edəcəkdi. Çünki ordumuz noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad tmişdi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Bəli, elə də oldu. Şuşanın azad olunmasından sonra düşmən diz çökməli oldu. Və nəticədə işğalçı Ermənistan imzaladığı bəyanatda öz üzərinə öhdəlik götürərək, qarşıdakı 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq”- millət vəkili qeyd edib.

Millət vəkili əlavə edib ki, imzalanan sənədə əsasən artıq qoşunların təmas xətti anlayışı və status məsələsi yoxdur: “Sənəddə digər mühüm məsələ Naxçıvanın da blokadadan azad olunmasının əksini tapmasıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür. Bununla da özləri haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq”.

Millət vəkili onu da əlavə edib ki, ümumiyyətlə Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən bu hərbi əməliyyatlar dünya hərb tarixinə qəzəl hərflərlə yazılacaq və öyrəniləcək: “Hərbi əməliyyatlar zamanı Azərbaycan orusu hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.

Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını, özünəgevənci özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan bundan sonra da cənab Prezidentin rəhbərliyi altında yeni-yeni qələbələrə imza atacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar