Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanda qan töküləcək“ - Politoloq

Tarix: 10-11-2020 17:27     Baxış: 3189 A- / A+
“Ermənistanda qan töküləcək“ - Politoloq

Ermənistanda ötən gecədən başlayan etirazlar artıq inqilabi hərəkata çevrilib. Belə ki, İrəvanda əhali Baqramyan prospektini bağlayaraq, Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan razılaşmanın ləğv edilməsini tələb edir. Əraziyə çoxsaylı polis qüvvələri cəlb edilib.

Maraqlıdır, bu proses Paşinyan hakimiyyətinin sonunu gətirə bilər?

Manevr.az-ın məlumatına görə, Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli yenisabah.az-a açıqlamasında bildirib ki, Ermənistandakı inqilab prosesi bizim üçün o qədər də arzuolunan deyil:

“Çünki Paşinyan getdikdən sonra onun yerinə daha mürtəcesi gələcək və o mürtəce də imzalanmış bəyanatın ruhunu təftiş etməyə cəhd göstərəcək, həm də işğal edilmiş ərazilərdən qoşunların çıxarılması qrafikinə əngəllər yaratmağa başlayacaq. Mən inanmıram ki, başlanmış hərəkatın qarşısını almağa Paşinyanın gücü çatsın. Paşinyanı devirəcəklər. Rusiyanın da, Qarabağ klanının da, vaxtilə Paşinyanı hakimiyyətə gətirmiş şəxslərin də planı budur. Xəstə millətdir. Psixoloji vəziyyəti yerində olmayan, özündən həddən artıq müştəbeh olan, reallıqları qiymətləndirməyi bacarmayan, bütövlükdə insanlığa qarşı kəskin nifrət hisləri ilə formalaşan bir millətin əl-ayağını yığmaq o qədər də asan deyil”.

Ekspert qeyd edib ki, ermənilər həmişə qana susayır, ona görə də İrəvanda qan olacaq:

“Amma Paşinyan qorxaqdır, hay-küy olan kimi istefa verib qaçacaq. Məncə, hərbçilər hakimiyyətə gələ bilər. Həmçinin Köçəryan ehtimalı zəif olsa da, o da idarəçiliyə gələ bilər. Çünki yerli ermənilər Qarabağdan olan insanların hakimiyyət başına gəlməsini istəmir. Ziddiyyətli proseslər gedir. Mən qorxuram ki, bu proseslər bütövlükdə əldə edilən anlaşmanın praktikada həyata keçirilməsinə mane olsun. Əgər başqa cür də olsa, yəni reallığı qiymətləndirməsələr, rus qoşunlarının buraya gəlməsinə baxmayaraq, Azərbaycan Ordusu hərbi əməliyyatları yenidən başlayacaq. Kəlbəcəri, Ağdamı, Laçını azad etməsələr, bu, yəqin ki, belə nəticələnəcək. Azərbaycan Ordusu hərbi əməliyyatları təzələməyə məcbur olacaq”.

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan yenidən hərbi əməliyyata başlamaq gücünə malik deyil:

“Ermənistan ordusunun artıq döyüş sursatı da yoxdur, əsgərlərinin xeyli hissəsi qırılıb, qalanlar isə haldan düşmüş vəziyyətdədir, onlar döyüşmək əzmində deyillər. Hərbi əməliyyata başlasa və ya qrafiki gecikdirsə, Azərbaycan Ordusu onları qoyun kimi teyləmək məcburiyyətində qalacaq. Bu, qan tökülməsinə gətirib çıxara bilər. Amma hər halda Rusiya qarant kimi boynuna götürüb ki, onları ram edəcək və belə hesab edək ki, Rusiyanın öndərliyi ilə imzalanmış bəyanatın bütün müddəaları yerinə yetiriləcək, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar