Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanın əks-hücum üçün qüvvəsi qalmayıb” – Rus mediası

Tarix: 09-11-2020 12:16     Baxış: 4184 A- / A+
“Ermənistanın əks-hücum üçün qüvvəsi qalmayıb” – Rus mediası

Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.

Manevr.az xəbər verir ki, Rusiyanın nüfuzlu internet nəşri news.ru-da Şuşanın azad edilməsi barədə geniş material dərc edilib. Yazıda tanınmış ekspertlərin də fikirlərinə yer verilib.

Rusiyalı siyasi şərhçi Maksim Şevçenko bildirib ki, Şuşanın azad edilməsilə Azərbaycan üçün müharibənin çox əhəmiyyətli mənəvi hədəfi reallaşmış oldu.

“Erməni tərəfi məğlubiyyəti necə qəbul edəcək? Siyasi mərhələdə üçüncü tərəfin iştirakı ilə geniş miqyaslı müharibə nəzərdə tutan qisas almağa hazırlaşan qüvvələr, yoxsa Qarabağla bağlı sağlam mövqe tutanlar? Əslində Ermənistanda bir çoxları ölkəni transmilli oliqarxların və onların lobbiçilərinin spekulyativ manipulyasiyalarının girovunda saxlamağın sonunun çatdığını düşünürlər. Şuşanın azad edilməsi, geosiyasi vəziyyət tamamilə dəyişdirəcək. Bu həm də münaqişənin dondurulması siyasətinin səhv olduğunu sübut edən ciddi hadisədir”, - deyə Maksim Şevçenko əlavə edib.

Rusiya Beynəlxaq Əlaqələr Şurasının eskperti, “Al- Monitor” internet qəzetinin köşə yazarı Kirill Semyonov deyib ki, artıq 7 rayonun təslim edilməsi və sülhməramlıların bölgəyə yerləşdirilməsi şansı İrəvanın əlindən çıxıb. Onun fikrincə, bununla belə, Ermənistan müharibəni davam etdirəcək ki, məğlubiyyəti birmənalı kapitulyasiya kimi görünməsin. “Amma hadisələrin gedişatı göstərir ki, əks-hücum üçün Ermənistanın qüvvəsi qalmayıb. Hərbi kampaniyanın inkişafı əlbəətə ki, Paşinyan üçün məğlubiyyətdir. Ermənistanın özündə də hadisələrin ona qarşı müxalifətin güclənməsi istiqamətində inkişaf edəcəyi istisna deyil”, - deyə ekspert vurğulayıb.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar