Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul etdi

Tarix: 06-11-2020 10:17     Baxış: 4162 A- / A+
BMT Azərbaycanın çağırışı əsasında qətnamə qəbul etdi

Məlum olduğu kimi, Azərbaycan Prezidenti 2020-ci il mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası 2020-ci il iyulun 10-dan etibarən çağırılıb və xüsusi sessiyanın rəhbər qurumları haqqında müvafiq qərarlar qəbul edilib. Xüsusi sessiyanın modallıqlarını müəyyən edəcək qətnamənin qəbulu üzrə mürəkkəb işin aparılması üçün Baş Assambleyanın sədri tərəfindən Azərbaycanın və Kanadanın BMT yanında Daimi Nümayəndələri həm-vasitəçi qismində təyin olunmuş və 3 ay ərzində BMT-nin 193 üzv dövlətinin iştirakı ilə intensiv və hərtərəfli danışıqlar aparılmışdır.

2020-ci il noyabrın 5-də BMT Baş Assampleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul etmişdir.

Qətnaməyə əsasən, Azərbaycan Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu il dekabrın 3-4-də keçirilməsi qərara alınır. Açılış, ümumi müzakirələr, BMT sisteminin agentliklərinin birgə xüsusi təqdimatı və bağlanış seqmentlərindən ibarət olan bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı nəzərdə tutulur.

"Qeyd etmək istərdik ki, dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan Covid-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxış edən Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışmış və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd etmişdir. Yenə də Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşmiş və onun bu cəhdi rədd edilmişdir.

Hazırda dünyada sağlamlıq, təhlükəsizlik və rifaha ciddi hədə törədən Covid-19 pandemiyasının görünməmiş və çoxtərəfli təsirləri ilə mübarizə aparmaq məqsədi ilə Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması pandemiya ilə birlik, həmrəylik və çoxtərəfli əməkdaşlıq əsasında əlaqələndirilmiş şəkildə qlobal mübarizənin aparılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsidir", - XİN-in məlumatında bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar