Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Yəhudi politoloqdan Paşinyana SƏRT CAVAB

Tarix: 05-11-2020 17:45     Baxış: 4218 A- / A+
Yəhudi politoloqdan Paşinyana SƏRT CAVAB

"Ermənistanın baş naziri “The Jerusalem Post” qəzetinə müsahibəsində İsrail müdafiə sənayesinin Azərbaycana silah satmasını nəzərdə tutaraq bunu “iblislə müttəfiq” adlandırıb. O, yəhudi dövlətinin bu “günahkar ittifaq”dan zərər çəkəcəyini deyib".

Manevr.az xəbər verir ki, bunu İsrailli jurnalist, politoloq Roman Qureviç öz qeydlərində yazıb. Politoloq məqalədə İsrail-Ermənistan münasibətlərinə toxunub.

Bir müddət öncə İsrail prezidenti Reuven Rivlin Ermənistan prezidenti Armen Sarkisyanla telefon danışığı zamanı Azərbaycanın İsraillə münasibətlərinin uzunmüddətli xarakter daşıdığını qeyd edib. Həmçinin, İsrail-Azərbaycan arasındakı bu əməkdaşlığın hər hansı tərəfə qarşı yönəldilmədiyini vurğulayıb.

R.Rivlin qeyd edib ki, İsrail Ermənistanla əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Hətta İsrail dövləti adından Ermənistana humanitar yardım edilməsi də təklif olunub. Lakin baş nazir Paşinyan yəhudi dövlətinin humanitar yardımından kəskin şəkildə imtina edib.

Bundan başqa, Ermənistan İsrailin Azərbaycana silah satmasına etiraz əlaməti olaraq İsraildəki səfirini geri çağırıb. Azərbaycana Rusiya, ABŞ, Çexiya, Belarus, Polşa və digər başqa ölkələr də silah satır. Nəyə görə yalnız səfir Yerusəlimdən geri çağırılır? Rusiya Azərbaycana daha çox silah satır, nəinki İsrail. O zaman niyə ABŞ-dan, Rusiyadan səfirlər geri çağırılırmır?

Azərbaycana silah satmaq “iblislə şər ittifaqıdır"sa o zaman bu cür qəzəb dolu ifadələr nədən Rusiyanın, Belarusun, ABŞ-ın və Azərbaycanla müttəfiq olan digər ölkələrin ünvanına səslənmir? Nəyə görə yalnız bizim ölkəmizə qarşı ayrıseçki mövqe sərgilənir? Səbəb isə budur ki, Paşinyan öz yaxın müttəfiqini razı salmaq üçün İsraili və yəhudiləri “rahat hədəf” seçir.

İsrailin prezidenti humanitar kömək təklif edir, Ermənistanla əməkdaşlığın inkişafından danışır, amma kəskin və rədd cavab alır, əhaliyə uzadılan yardım əlini geri çevirir. Belə bir addım isə çətin ki, bizim ölkələrimizi bir-birinə yaxınlaşdırar.

Yahudi xalqında belə bir ifadə var - "çətin anlarında insanı mühakimə etmək olmaz". Paşinyan üçün indi çox çətin anlardır, ağır zamandır. O, hakimiyyəti güclə saxlayır. Ölkədə iqtisadi vəziyyət acınacaqlıdır, koronavirus epidemiyası nəzarətdən çıxır, bir yandan daxili müxalifət, digər yandan Qarabağda ordunun məğlubiyyəti, itkilər onun nüfuzuna güclü zərbə vurur. Hakimiyyət Paşinyanın əlindən çıxır, kəskin, uzağı görməyən addımlar atır. Və göründüyü kimi bu onda alınır. Bir siyasətçinin ən çətin anlarında dediyi sözlərə görə onu mühakimə etməyəcəyik. İsraillə münasibətləri tamamilə korlamaq erməni xalqına lazım deyil.

Mən yəhudiyəm. Mən İsrail vətəndaşıyam. Öz ölkəmlə, öz xalqımla fəxr edirəm. Dostlarımızı qiymətləndirirəm, yəhidi xalqına münasibətlərinə, köməyinə görə onlara hörmət edirəm. Ölkəmi, xalqımı təhqir edəndə buna dözmürəm. Əminəm ki, insanların da, elə ölkələrin də nə qədər çox dostu olarsa həyat daha yaxşı və daha gözəl olar.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar