Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Erməni kanallarına baxıram, danışdıqları on sözdən...” - Firudin Cəlilov

Tarix: 05-11-2020 17:06     Baxış: 3245 A- / A+
“Erməni kanallarına baxıram, danışdıqları on sözdən...” - Firudin Cəlilov

Azərbaycan Ordusu Xankəndiyə də, Şuşaya da daxil olmalıdır. Eləcə də Kəlbəcər də azad edilməlidir. Azərbaycan Ordusu cənub istiqamətində çox yüksək səviyyəli əməliyyat aparıb, əraziləri düşməndən təmizləyə bilib. Hesab edirəm ki, indiki mərhələdə Laçın dəhlizini bağlamaq bizim maraqlarımıza cavab vermir.

Manevr.az-ın məlumatına görə, bu sözləri teleqraf.com-a sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov deyib.

Onun fikrincə, Laçın dəhlizinin sağ və solunu ordumuz tuta bilər, amma dəhlizi bütövlükdə bağlamaq bizim ziyanımızadır: “Biz Azərbaycan əraziləri olan və son 30 ildə bizim nəzarətimiz olmayan bu torpaqlardakı ermənilərin Laçın dəhlizi vasitəsilə çıxıb getməsinə imkan yaratmalıyıq. Lakin siz prosesə diqqət edin. Ermənistan, daha doğrusu Qarabağdakı separatçı rejim elan edir ki, mülki əhalinin təhlükəsizliyinə görə, bu dəhlizi bağlayır. Özlərini ağıllı aparırlar və belə addımlarla mülki ermənilərin gedişinin qarşısını alırlar. Aydındır ki, ermənilərin bu ərazilərdən çıxıb getməsi bizə xeyir, Ermənistana isə zərərdir. Buna görə, onlar çalışırlar ki, sadə ermənilər müharibə zonasını tərk etməsinlər”.

Firudin Cəlilov qeyd edib ki, erməni tərəfi hər şeyə əl atırlar: “Onların nəfəsləri yalanla gedib-gəlir. Mən erməni kanallarını seyr edirəm. Danışdıqları on sözdən doqquzu yalandır. Bunlar çox qəribə bir millətdir. Onlarla ancaq öz dillərində danışmaq lazımdır. Başqa sözlə, dediyini etməməlisən, bir söz deyib, başqa şey edəsən. Hər halda hesab edirəm ki, onları sıxmaq lazımdır ki, özləri çıxıb getsinlər. Məncə, mühasirəyə düşsələr, məcbur olub gedəcəklər. Hər halda məsələ nə qədər tez həll edilsə, bir o qədər bizə xeyirdir. Ordumuza dəstəyimiz sonsuzdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar