Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Alman professordan Qarabağ açıqlaması: “Rusiyadan çox şey asılıdır

Tarix: 05-11-2020 14:40     Baxış: 4223 A- / A+
Alman professordan Qarabağ açıqlaması: “Rusiyadan çox şey asılıdır

“Azərbaycan ərazilərinin işğalı və qondarma “respublika”nın yaradılması ermənilərin heç birinə - nə Dağlıq Qarabağ ermənilərinə, nə də Ermənistanda yaşayan ermənilərə xeyir vermədi”.

Manevr.az xəbər verir ki, bunu alman professor Mixael Hess deyib.

Onun fikrincə, Ermənistan tərəfi çoxdan qoşunlarını başqasının ərazilərdən çıxarmalı idi. Professor qeyd edir ki, bu gün Azərbaycan tərəfi torpaqlarını kifayət qədər uğurla işğaldan azad edir.

“Son 27 ildə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək istəmədi, beynəlxalq ictimaiyyətdə, o cümlədən Minsk qrupunda isə onların icrasını təmin etmək üçün vasitə və qətiyyət olmadı. Bu onu göstərir ki, sadəcə qətnamələrin mövcudluğu onların icrasına zəmanət vermir”, - professor vurğulayıb.

Ekspert döyüş bölgəsindən çox kənarda yerləşən dinc Azərbaycan şəhərlərinə raket zərbələri endirilməsini şokedici və qəbuledilməz adlandırıb.

Bundan əlavə, M.Hess regiondakı digər oyunçuların geosiyasi maraqlarını unutmamaq lazım olduğunu söyləyib:

“Məsələn, Rusiyadan çox şey asılıdır. İndiki gərginləşmədə Rusiyanın mövqeyi çox maraqlıdır. Rusiya hələ də Ermənistanın ən vacib müttəfiqi olsa da, Ermənistanın kömək üçün Rusiyaya müraciət etməsi lazımi cavabla yekunlaşmayıb. Başqa vacib oyunçu – Türkiyədir. Rusiya və Türkiyə təkcə Dağlıq Qarabağ məsələsində deyil, həm də Suriyada və Liviyada bir-birinə təsir göstərir. Bütün bunlar Ermənistanın nə etmək istəməsindən asılı olmayaraq, tam seçim imkanına malik ola bilməyəcəyini göstərir”./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar