Xəbər lenti
Ermənistanın Rusiya üçün heç bir əhəmiyyəti qalmayıb, çünki... - Şərh
Ermənilər xülya ilə yaşayan, nağıllar əsasında özlərinə tarix düzəldən, vəziyyətdən asılı olaraq özlərini bəzən cəsur, bəzənsə məzlum göstərən xalqdır. Bundan sonra Ermənistan məzlum obrazı alaraq dünya dövlətlərinin qapısında dilənməyə başlayacaq. Orada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ölkəni düşdüyü vəziyyətdən çıxara bilməyəcək.
Manevr.az-ın məlumatına görə,bu fikirləri teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ermənistanda yaxın gələcəkdə müşahidə olunacaq prosesləri şərh edərkən deyib.
Sərdar Cəlaloğluna görə, indiki halda Ermənistanın Rusiya üçün heç bir əhəmiyyəti qalmayıb: "Çünki Rusiya Türkiyə, Azərbaycan və digər türk ölkələri ilə yüksək səviyyəli və qarşılıqlı fəaliyyətə əsaslanan əməkdaşlıq mexanizmi qurub. Əksinə, Ermənistan bu əməkdaşlığa maneə elementi kimi ortaya çıxır. Rusiya da yəqin ki, bu yükü öz üzərindən atacaq”.
ADP sədri xatırladır ki, artıq ermənilər Ermənistandakı rus bazalarının çıxarılması haqda fikirlər səsləndirir: “İndi onlar Avropada özlərinə arxa axtarırlar. Faktiki olaraq ermənilər öz mövqelərini dəyişməyə başlayıblar. Rusiyada da bunu başa düşürlər. Rusların Ermənistanı itirməsi onların maraqları üçün heç bir əhəmiyyət kəsb etmir”.
Ermənistanda faktiki olaraq anti-Rusiya prosesinin başladığına vurğu edən S.Cəlaloğlu deyib ki, erməni ekspertləri, ziyalılarının çıxışlarından hər şey görünür: “Bədii dildə desək, artıq onlar Rusiyadan inciyiblər və özlərinə yeni ağa axtarırlar. Amma onlar özlərinə ağa tapa bilməyəcək. Çünki uzun illər bu regionda ermənilərin oynadığı rol indi heç kimə lazım deyil”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar