Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xanım səfirimiz “Frank Muller” saat brendinin rəhbərini İFŞA ETDİ

Tarix: 04-11-2020 08:51     Baxış: 3193 A- / A+
Xanım səfirimiz “Frank Muller” saat brendinin rəhbərini İFŞA ETDİ

Cəbhədə baş verən son proseslərlə bağlı Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi cinayətlərin və işğalçı siyasətinin ifşa edilməsi və ölkəmizin haqlı mövqeyinin İsveçrə ictimaiyyətinə çatdırılması istiqamətində paytaxt Bern şəhərindəki Azərbaycan Respublikasının səfirliyi ardıcıl və məqsədyönlü şəkildə işlər aparmaqda davam edir. Bu xüsusda, son olaraq, noyabrın 3-də səfir Xanım İbrahimova İsveçrənin italyan dilli Tiçino kantonunun ən nüfuzlu “RSİ” radiokanalının qonağı olub və son hadisələr barədə dinləyicilərə geniş məlumat verib.

Manevr.az xəbər verir ki, proqramda həmçinin qonaq qismində “Venesiyanın Ca 'Foscari” Universitetinin Orta Asiya Tarixi üzrə professoru Aldo Ferrari, Xankəndi şəhərində fəaliyyət göstərən müstəqil jurnalist Filippo Rossi və İtaliyanın Trentoda şəhərindəki Balkanlar və Qafqaz Mərkəzinin tədqiqatçısı Simone Zoppellaro iştirak ediblər.

Tiçino kantonunda erməni lobbisinin ənənəvi olaraq yüksək siyasi dairələrlə əlaqələri və erməni diaspor üzvlərinin müxtəlif mətbuat mərkəzləri ilə sıx əməkdaşlığı çərçivəsində qeyd olunan radio proqramının ən çox dinlənilən vaxtda efirə getməsi mühüm əhəmiyyət kəsb edib.

Səfir Xanım İbrahimova radio proqramda sentyabr ayından etibarən başlayan döyüşlər zamanı üç dəfə humanitar atəşkəsin elan olunduğunu, lakin Gəncə və Bərdə şəhərləri başda olmaqla cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı cinayətlərin törədildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da elan olunmuş humanitar atəşkəslərin kobudcasına pozulduğunu bildirib.

Suriyadan çoxlu sayda döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı Ermənistan tərəfindən yayılan xəbərlərin tamamilə yalan olduğunu, bu iddialar ilə bağlı heç bir əsaslı sübutun göstərilmədiyini, Türkiyə Respublikasının isə regionda sabitləşdirici xarakter daşıdığını və Azərbaycanın müttəfiqi kimi mənəvi dəstək verdiyini bildirib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə dörd qətnaməsini bir daha xatırladıb və 30 ilə yaxın davam edən bu ədalətsizliyin davam edə bilməyəcəyini qeyd edib.

Daha sonra, Səfir Xanım İbrahimova Ordumuzun uğurlu əməliyyatları nəticəsində işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı müxbirə məlumat verib, həmin kəndin əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş şirkətlər və şəxslər barədə diqqətə çatdırıb. Xüsusilə İsveçrə Konfederasiyasının vətəndaşı, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin rəhbəri olan erməni əsilli Vartan Sirmakesi ifşa edilib və uzun illər ərzində qızıl yataqlarının qanunsuz istismara məruz qaldığı bildirilib. Məhz bu səbəblə, o, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb olunacaqlarını açıq şəkildə vurğulanıb.publika.az

Manevr.az
Xanım səfirimiz “Frank Muller” saat brendinin rəhbərini İFŞA ETDİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar