Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bölgədə şok gəlişmə: “Qarabağ savaşı tarazılığı dəyişəcək”

Tarix: 03-11-2020 22:10     Baxış: 4174 A- / A+
Bölgədə şok gəlişmə: “Qarabağ savaşı tarazılığı dəyişəcək”

“Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz və Xəzər hövzəsində yeni geosiyasi situasiya formalaşdırır”.

Manevr.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Eray Güçlüer deyib.

“Xəzərin qərbində - Azərbaycanda baş verənlər Türkiyəni yaxından maraqlandırır. Gürcüstan və Azərbaycan Türkiyənin dəstəyi ilə təhlükəsiz şəraitdə yaşamağa davam edəcək. Yəni Xəzərin qərbində Türkiyənin iştirakı ilə yeni geosiyasi düzənin formalaşdığını deyə bilərəm. Amma Xəzərin cənub və şərqi haqda bunları söyləyə bilmərəm”, - Güçlüer qeyd edib.

Ekspert Azərbaycanın 30 ilə yaxındır Dağlıq Qarabağı işğaldan azad etmək üçün mübarizə apardığını söyləyib:

“Ermənistan atəşkəsi dəfələrlə pozub, Azərbaycanı təxribata çəkməyə çalışdı. Eyni zamanda, Rusiya, Avropa və ABŞ-ı hazırda gedən qarşıdurmalara cəlb etməyə cəhdlər göstərdi, amma bu təxribatı da baş tutmadı. Türkiyənin proseslərdəki rolu böyük güclərin bölgəni öz istədikləri kimi dizayn etməsinin qarşısını aldı.

Bütün oyunçular burada söz sahibi olmaq istəyirlər. Bu baxımdan, Türkiyə üzərinə tarixi bir rol götürüb. Burada türk xalqları yaşayır, yəni Cənubi Qafqaz bizə Yaxın Şərqdən daha yaxındır. Bunu görəcəksiniz”.

Eray Güçlüer ABŞ-dakı seçkilərdən sonra Vaşinqtonun İran, Qırğızıstan və Qazaxıstanı təsir dairəsinə salmaq üçün hərəkətə keçəcəyini, bu ölkələrə təzyiqlərini artıracağını bildirib: “Əslində ABŞ-ın hədəfi bu ölkələr yox, o bölgədə öz nüfuz dairəsini genişləndirən Çindir”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar