Xəbər lenti
Lukaşenko Makronun anti-İslam fikirlərini tənqid etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa Prezidenti Emmanuel Makronun anti-İslam fikirlərini tənqid edib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi xəbər verib.
"Peyğəmbərə toxunma. Sən ölkədə müsəlmanları tənqid etməyə başlayanda bu sənə nə verəcək?" - Lukaşenko Makronun Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən "Charlie Hebdo" jurnalını müdafiə etməsinə münasibət bildirərkən deyib.
Dövlət başçısı bildirib ki, Belarusda digər dinlərin nümayəndələri ilə fəal əməkdaşlıq edirlər və Minskdə məscidin açılmasını misal gətirib.
Lukaşenkonun sözlərinə görə, Belarusda müsəlmanlar "heç vaxt problem yaratmayıblar" və seçkilərdə, demək olar ki, həmişə ona və hakimiyyətə dəstək veriblər.
Belarus prezidentinin sözlərinə görə, "möminlərin duyğularına müdaxilə" qəbuledilməzdir. "Bəlkə, onunla (Makronla -red.) müsəlmanlar arasında vasitəçiliyə ehtiyac var? Mən ona kömək edə bilərəm", - Lukaşenko deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar