Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bir həftəyə müharibə Azərbaycanın qələbəsi ilə qurtara bilər” - Rusiya KİV

Tarix: 02-11-2020 21:33     Baxış: 4202 A- / A+
“Bir həftəyə müharibə Azərbaycanın qələbəsi ilə qurtara bilər” - Rusiya KİV

Mütəxəssislər bunu bir neçə amillə əlaqələndirirlər. Amillərdən biri Azərbaycan Ordusunun yüksək teniki hazırlığı və qələbə ruhudursa, digər amil hava şəraitidir. Bu ilin payızı çox mülayim keçir. Bu da Azərbaycan Silahlı Qüvvələrinin dağ şəraitində rahat əməlliyyat keçirməsinə əlavə imkanlar açıb. Amma qış qapını kəsib. Ona görə də yaxınlaşan qış Azərbaycanı faktiki olaraq son böyük hücuma başlamağa məcbur edir. Bunun üçün Azərbaycan yaxın bir həftədə müharibəni qələbə ilə başavurma perspektivlərini qarşıya qoyub. Əks təqdirdə, total hücum əməliyyatlarını Azərbaycan bir-neçə ay təxirə salmaq məcburiyyətində qalacaq. Ona görə də noyabrın ilk günlərində Azərbaycan tərəfi Şuşa, Qırmızı bazar, Xocavənd və digər strateji mövqeləri ələ keçirməyə çalışır.

Bu, baş verərsə, onda Dağlıq Qarabağın mərkəzi şəhəri Stepanarkertə (Xankəndi-red) Azərbaycan üçün bir anda iki yol açılacaq. Eyni zamanda, Dağlıq Qarabağdakı erməni icması üçün Ermənistanla əsas təchizat yolları kəsiləcək. Ona görə də Laçın və Şuşa şəhərləri uğrunda hazırda şiddətli döyüşlər gedir.

Bakının dediyinə görə, ermənilərin Stepanakertdən cəmi 10-12 km aralıdakı əsas sursat-təchizat anbarı bu günlərdə dağıdılıb. Mütəxəssislər hesab edir ki, müharibədə azacıq fasilə bu anbarların ermənilər tərəfindən tezliklə sursatla təminatına imkan verə bilər. Bu da müdafiəçilərin (yəni ermənilərin) döyüş səmərəliliyinə dərhal təsir edə bilər.

Hərbi ekspert və politoloq Yuri Podolyaka öz informasiya səhifəsində yazır ki, “Əslində Azərbaycanın bu payız kampaniyasında yalnız bir tam hüquqlu hücum həyata keçirmək imkanı var. Bu imkan qaçırılsa, onda bir qış kampaniyası keçirməli olacaqlar. Aydındır ki, Azərbaycan Ordusu qışı mütləq dağlarda qarşılayacaq. Yeganə sual isə budur: Azərbaycan hansı mövqelərdə qışı keçirəcək?”.

Noyabrın ilk həftəsində 16-20 dərəcə isti qeydə alınıb. Lakin çərşənbə günündən bu həftənin sonuna qədər güclü yağışların olacağı gözlənilir. Bundan sonra temperator 5-6 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır. Uzun sürən yağışlar azərbaycanlıların Bayraktar tipli pilotsuz hücum təyyarələrini istifadəsini praktik olaraq aradan qaldırır. Düzdür, Azərbaycan Ordusu bu mümkün boşluğu artilleriya ilə kompensasiya edə bilər. Mütəxəssislər şübhə etmir ki, Azərbaycan tərəfi artıq bu problemi də çözüb. Ona görə də “önümüzdəki günlərdə Qarabağda böyük döyüşlərin gedəcəyinə şübhə yoxdur. Azərbaycan tərəfi Şuşa, Qırmızı bazar və Xocavəndi bir həftə ərzində almaq üçün bütün qüvvələrini səfərbər edib, – deyə Yuri Podolyaka əlavə edib.(“Moskovskiy komsomolets”. 2 noyabr 2020/konkret.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar