Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İran saytı Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

Tarix: 30-10-2020 17:13     Baxış: 4241 A- / A+
İran saytı Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

İranın “Mashreghnews” saytı öz torpaqlarını Ermənistan işğalından azad etməyə çalışan Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatlar yayıb.

Manevr.az xəbər verir ki, “Mashreghnews” saytının oktyabrın 27-də yaydığı “Müharibənin başlanmasından sonra Qarabağdakı on dəyişikliklər və Türkiyənin ezam etdiyi terrorçuların İranla müştərək sərhəd bölgələrinə yerləşdirilməsi” başlıqlı yazıda Azərbaycan Ordusu terrorçu qruplaşmalarla əməkdaşlıqda günahlandırıb:

“Azərbaycan Ordusunun bölmələri, Türkiyə hökumətinin, sionist rejimin və terrorçuların dəstəyi ilə təxminən 2200 kvadrat kilometrə qədər Dağlıq Qarabağ ərazisini ələ keçirərək İranla 86 kilometr uzunluğu olan sərhəd məntəqələrinə yerləşdirilib.

Qarabağ bölgəsində gedən savaşın ilk günlərində Azərbaycan Ordusunun cəbhədə irəliləmə sürəti zəif idi və Ermənistan qüvvələri müqavimət edirdilər. Lakin zaman keçdikcə vəziyyət dəyişdi və Bakı savaşda üstünlüyü ələ alaraq daha geniş ərazilərə nəzarəti ələ ala bildi.

Əlbəttə unutmaq olmaz ki, Bakı əldə etdiyi böyük qələbələrə görə, verdiyi geniş dəstəyə görə Türkiyə hökumətinə borcludur. Şübhə yoxdur ki, Ankaranın hərtərəfli hava dəstəyi olmasaydı, Azərbaycan qüvvələrinin Qarabağdakı işi çox çətin və mürəkkəb olacaqdı.

Türkiyənin Bakıya dəstəyi təkcə havada olmayıb, bu dəstək quruda da olub. Misal üçün Ankara hərbi avadanlıqlar və müstəşarlar göndərməklə, eləcə də öz əmrinə tabe olan ən azı 2 min terrorçu ünsürü Suriyanın işğal altında olan şimal-qərb məntəqələrindən və Liviyadan toplayıb Qarabağ bölgəsinə ezam etməklə Azərbaycana dəstək verib.

Nəzərə almaq lazımdır ki, Araz çayının şimalında yaranan koalisiya təkcə Bakı, Ankara və təkfirçi ünsürlər üçbucağı ilə məhdudlaşmır və sionust rejimi də bu savaşda özəl rol oynayır. Bununla da ümumiyyətlə demək olar ki, ölkəmizin şimal-qərb sərhədləri yaxınlığında yaranmış bu təhlükəli koalisiya dördbucaqdan təşkil edilib.

Əldə edilən son məlumata görə, hazırda Türkiyə hökumətinin, sionist rejimin və terrorçu ünsürlərin dəstəyi ilə Azərbaycan Ordusunun Qarabağın şimal və cənub (İranla həmsərhəd bölgələrdə) istiqamətlərində apardığı hərbi əməliyyatlar davam edir.

Yayılan məlumata əsasən, Azərbaycan, Türkiyə, sionist rejimi və terrorçu qruplaşmalardan ibarət koalisiya qüvvələri Qarabağda 2 165 kvadrat sahəsində olan onlarla kənd və şəhəri Ermənistan qüvvələrinin nəzarətindən çıxararaq, öz əllərinə alıblar. Koalisiyanın nəzarəti altına alınan ərazilərin 95%-i isə İranla həmsərhəd bölgələrdə yerləşir. Bu isə onu göstərir ki, bu koalisiyanın başqa niyyət və hədəfləri var.

Qarabağın cənubunda baş verən olayları daha aydın və şəffaf izah etmək üçün bildirməliyik ki, Azərbaycan hərbçiləri Ankaranın dəstəklədiyi terrorçu ünsürlərin yardımı ilə uzunluğu 86 kilometr olan ölkəmizlə müştərək sərhəd məntəqələrinə tam nəzarəti əllərinə alıblar. Bu isə ölkəmizin milli mənafeyinə qarşı ciddi bir təhlükə sayılır.

Bu elə bir təhlükədir ki, son günlər ölkəmizin yüksək rütbəli hərbi komandirləri ona toxunaraq, regionda hər hansı bir geosiyasi dəyişiklik edilməsi barədə xəbərdarlıq ediblər. Məhz bu xəbərdarlıqlara görədir ki, “Sepah”ın quru qüvvələrindən olan hərbi bölmələr məntəqəyə yerləşdirilib, ordu qüvvələri isə hazırol vəziyyətinə gətirilib” – İran hökumətinə və “Sepah”a yaxın “Mashreghnews” saytının Dağlıq Qarabağ münaqişəsi xüsusunda Azərbaycan hökumətinə və ordusuna qarşı yaydığı yalan və böhtan dolu yazısında bildirilir./gunaz.tv

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar