Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşanın divarlarına qədər gəlmişik, indi bizə 5 rayon təklif edir... - Politoloq

Tarix: 30-10-2020 16:47     Baxış: 4525 A- / A+
Şuşanın divarlarına qədər gəlmişik, indi bizə 5 rayon təklif edir... - Politoloq

"Putin "Ermənistanla Azərbaycanın istəkləri arasında balans tapılmalıdır" dedikdə, əslində Rusiya üçün balansı nəzərdə tutur. O, nə bizi, nə Ermənistanı öz təsir dairəsindən buraxmaq istəmir. Nə də Türkiyənin bölgədə söz sahibi olmasına razıdır”.

Manevr.az-ın məlumatına görə, bunu qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Rusiya Prezidenti Vladimir Putinin son açıqlamasına münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Putin Qarabağda münaqişə başlayandan bir ay ərzində səssizliyini qoruyub:

"Bununla çox adamı təəcübləndirib və hamıda sual yaradıb. Putinin müharibənin başlayacağı barədə bilgisinin olması şübhəsizdir. Lakin bu barədə Azərbaycan və Türkiyə ilə danışıqları olubmu? Azərbaycan Qarabağın ətrafındakı rayonları özü azad edəndən sonra Rusiyanın reaksiyası necə olacaq? Azərbaycan rəhbərliyi bu məsələnin Rusiya üçün qırmızı xətt olduğunu bilərək Qarabağın tam azad olunmasına qədər hərbi əməliyyatları davam edəcəkmi?!”

Politoloq Putinin son çıxışında əsas məqamlar və gəlinən nəticələrin aşağıdakılar olduğunu qeyd edib:

"- Qarabağ problemini həll etmək üçün Ermənistanla Azərbaycanın maraqlarının balansını tapmaq lazımdır. Bunun üçün müharibə dayanmalıdır və tərəflər danışıqlar masasına oturmalıdır;

- İlk olaraq 5 rayon Azərbaycana qaytarılmalıdır, sonra isə 2 rayonla bağlı məsələ öz həllini tapmalıdır;

- Rusiya Türkiyənin Qarabağ prosesində iştirakının əleyhinə deyil. Lakin bu iştirak Minsk Qrupu çərçivəsində olmalıdır. Türkiyədən başqa ölkələr də var Qrupda, onlarla birgə iştirak edə bilər.

Putinin bu üç tezisində Rusiyanın məqsədləri tam çılpaqlığı ilə ortadadır”.

Biz, Azərbaycan olaraq niyə Ermənistanın maraqları ilə hesablaşmalı və balans axtarmalıyıq? Politoloq bu sualı belə cavablandırıb:

"Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Qarabağ da Azərbaycan ərazisi. Qarabağla bağlı istənilən hüquqi-tarixi sənədlər bu torpaqların Azərbaycan dövlətinə və xalqımıza aid olduğunu göstərir. Qarabağın və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının Ermənistan dövlətinə nə aidiyyatı var? Qarabağda yaşayan vətəndaşlar Azərbaycanda yaşamaq istəmirlərsə, sərbəst şəkildə gedib istədikləri yerlərdə yaşaya bilərlər. Azərbaycan dövləti hamının Qarabağda sülh içində yaşamasına təminat verir. Azərbaycan bunu dəfələrlə bəyan edib! Putin bir ay susdu, indi isə deyir, tərəflər həmən danışıqlar masasına oturmalıdır və 5 rayon Azərbaycana qaytarılmalıdır. Şuşanın divarlarına qədər gəlmişik, azad etdiyimiz, artıq bizdə olan rayonları bizə qaytarmağı təklif edir... Əsl məqsəd sülhə nail olmaqdırsa, bunu bir ay əvvəl, hətta son 26 il ərzində niyə təklif etmirdilər?”

Azər Qasımlı hesab edir ki, Putin Qarabağ prosesində Türkiyənin iştirakına razı olduğunu desə də, əslində razı olmadığını gizlədə bilməyib:

"Dediyi odur ki, Türkiyə də digər həmsədr olmayan 8 üzv kimi mövqe bildirsin, bu qədər. Bir sözlə dediyi odur ki, Türkiyə nə həmsədr ola bilər, nə də Rusiya ilə birgə problemin çözülməsində iştirak edə bilər... Azərbaycanın və Ermənistanın hərbi-siyasi baxımdan tükənəcəyini, bölgədə sülhün yalnız Rusiyadan asılı olacağını və bunu ilk növbədə ermənilərə göstərəcəyi anı gözləyib hər iki tərəfə barış təklif etmək! Üzünü Qərbə doğru çevirmək istəyən Paşinyanın mövqeyini sarsıtmaq, Qarabağa Rusiya sülhməramlılarını yerləşdirmək. Rusiyanın planı budur! Mən dəfələrlə yazmışam ki, Azərbaycanda heç bir ölkənin və ya hərbi-siyasi blokun bazaları olmamalıdır və Azərbaycan rəsmi neytral ölkə olmalıdır (Finlandiya kimi!). Bu fikri açıq şəkildə bütün dünyaya, ilk növbədə isə Rusiya rəhbərliyinə çatdırmalıyıq. Qarabağ probleminin həlli məsələsini də məhz bu kontekstdə qoymalıyıq. Hazırda bölgəmizdə söz sahibi ola biləcək iki dövlət var - Rusiya və Türkiyə. Biz yalnız 5+2 rayonu deyil (artıq 1+2!), işğalda olan bütün torpaqlarımızı azad eməli və ərazi bütövlüyümüzü bərpa etməliyik. Rusiya bunu qəbul etməlidir. Etmək istəmədiyi təqdirdə Azərbaycan xarici siyasət strategiyasında yekun qərarını verməli və gələcək inkişaf yolunu birdəfəlik seçməlidir. Rusiyanın prosesə müdaxilə edəcəyi təqdirdə Azərbaycan Türkiyənin hərbi bazalarını öz ərazisində yerləşdirəcək, NATO ilə sıx və sürətli əməkdaşlığa yaşıl işiq yandıracaq. "Qarabağ məsələsi" bu illər ərzində bizi inkişafdan və mütərəqqi dünyaya inteqrasiyadan saxladı. Bu gün biz sadəcə ərazi bütövlüyümüzü bərpa etməməliyik, bunun yanında mütərəqqi dünyaya açılmaq yolunu tutmalıyıq. Bu yol insan həyatına dəyər verən demokratik və açıq cəmiyyətin formalaşmasından keçir”.

Manevr.az
Şuşanın divarlarına qədər gəlmişik, indi bizə 5 rayon təklif edir... - Politoloq

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar