Xəbər lenti
“Hardadır Vaşinqton, Paris, London, Berlin? Niyə həmişə susurlar?“ - Amerikalı politoloq

“Ermənistanın Azərbaycanın günahsız mülki əhalisinə və uşaqlarına qarşı törətdiyi şovinist terror aktları, Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn pozulması və yetkinlik yaşına çatmayanların Ermənistan silahlı qüvvələri sıralarına cəlb edilməsi beynəlxalq ictimaiyyət tərəfindən açıq şəkildə qınanmalıdır”.
Manevr.az xəbər verir ki, bunu amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.
O qeyd edib ki, kassetli bombalardan istifadə hər bir halda beynəlxalq humanitar hüquqla qadağandır: "Ermənistan Bərdəyə “Smerç” raketləri atdı. Beynəlxalq ictimaiyyət insanlığa qarşı edilən bu dəhşətli cinayətlərə reaksiya verməlidir. Bərdədə xəstəxananın yaxınlığında yaşayış sahəsindəki partlayışlar Ermənistan tərəfindən törədilən insanlığa qarşı dəhşətli cinayətdir. Kassetli bombalardan istifadə hər bir halda beynəlxalq humanitar hüquqla qadağandır. Azərbaycanın dinc əhalisi dəhşətli acılar və faciəvi itkilər yaşayır. Bərdəyə edilən raket hücumları nəticəsində 21 nəfər həlak olub, təxminən 70 nəfər yaralanıb. Hardadır Vaşinqton, Paris, London, Berlin? Niyə həmişə susurlar? Vaşinqton, Berlin və Brüssel susqunluqları ilə Cənubi Qafqazdakı regional silahlı qarşıdurmanı böhrandan faciəyə çevrir. Ermənistan rejimi humanitar məqsədlər üçün elan olunmuş atəşkəsi dəfələrlə pozub və Avropa İttifaqı rəhbərliyinin buna hələ də susması məni şoka salıb. Nə qədər gec deyil, erməni terrorizminin qarşısı alınmalıdır”, - o bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət həmçinin Ermənistanın Balkan və bəzi Şərqi Avropa ölkələrindən aldığı siyasi dəstəyi və logistik əməkdaşlığı da qınamalıdır: “Aİ üzvü olan bir neçə dövlətinin həyata keçirdiyi bu pərdəarxası taktika dayandırılmalı və açıq şəkildə qınanmalıdır”.report
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar