Xəbər lenti
Ermənistanda ara qarışacaq, Paşinyan və onun cinayətkar dəstəsi isə... - Polkovnik-leytenant AÇIQLADI
“Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan ordusunun məcburiyyət qarşısında qalaraq çatışmayan şəxsi heyət əvəzinə döyüşlərə cəlb etmək istədiyi adamlar müxtəlif yollarla hərbidən yayınırlar. Xidmətdə olanlar isə canlarını qurtarmaq üçün bir çox variantlardan istifadə edir”.
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, erməni əsirləri Azərbaycan tərəfinə verdikləri məlumatda da qeyd edirlər ki, onların heç biri döyüşmək istəmir və onları məcburi şəkildə döyüş bölgələrinə gətiriblər: “Ermənilərin müxtəlif bəhanələr, yalanlar uydurmaq baxımından dünyada analoqları yoxdur. Bu, onların çoxdankı peşəsidir. Erməni rəsmiləri hər zaman öz yalanlarından qalmırlar. Gəncəyə atəş açandan sonra Ermənistan müdafiə nazirliyinin sözçüsü bunun yalan olduğunu dedi. Ancaq bunu bütün dünya gördü. Biz onların iç üzzlərini açırıq, necə bir dövlət, millət olduqlarını bütün dünyaya göstəririk. Dünya görməlidir ki, ermənilər nə qədər yaramaz, vəhşi, əxlaqdan kənar olan bir varlıqlardır. Ermənistan hərbi-siyasi rəhbərliyi öz ağılsızlıqları ucbatından minlərlə erməni gəncini qurban verdilər. Nəticəsi də göz önündədir. Onlar bunun bədəlini hələ bundan sonra ödəyəcəklər”.
Ü.Cəfərov qeyd edib ki, Ermənistanda tezliklə ara qarışacaq, Paşinyan və onun cinayətkar dəstəsindən sorğu-sual ediləcək: “Azərbaycanın işi haqq işidir. Ona görə də Azərbaycan əsgəri, zabiti, generalı da döyüş meydanında mərdcəsinə döyüşürlər. Şəhid olmaq, yaralanmaq onlar üçün qürurdur, onlar fəxr edirlər ki, Vətən savaşında iştirak edirlər. Azərbaycan əsgəri ilə erməni əsgərini müqayisə belə etməzdim, heç müqayisə də olunmaz. Ermənilər qorxaqdırlar. Çünki onların özləri də, havadarları da eyni ağılda olan insanlardır. Gecə saatlarında mülki sakinlərə atəş açırlar, döyüş meydanlarından qaçırlar və fərarilik edirlər”.
Ekspert vurğulayıb ki, Ermənistan rəhbərliyi ordudakı fərariliyin qarşısını ala bilməyəcək, çünki onların ən azından kiçik bir uğuru olsaydı, cəmiyyətdə də, ordu da yüksək əhval-ruhiyyə olardı: “Onlar 154 yaşayış məntəqəsini, bir sıra strateji yüksəklikləri itirdikləri üçün uğursuzluq sindromu yaşayırlar və panik əhval-ruhiyyədədirlər. Bilirlər ki, döyüşlərə girəcəkləri təqdirdə, Azərbaycanın mərd, qəhrəman oğulları onları məhv edəcək. Ermənistan ordusunun özünə gəlməsi üçün illərlə vaxt lazım olacaq. Həm bu qədər canlı qüvvə, həm də silah-sursat itkisinin qarşısında onlar çox çətinliklərlə üzləşəcəklər. Nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı çöküş vəziyyətindədir. Bu müharibə onlara bir qədər də ağır zərbələr vuracaq. Bizim işimiz haqq işidir və bu yolda Tanrı Azərbaycan əsgərini qorusun”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar