Xəbər lenti
“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

Xəbər verdiyimiz kimi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun mətbuatda gedən müsahibəsi birmənalı qarşılanmayıb.
Manevr.az xəbər verir ki, yazıçı, millət vəkili Aqil Abbas E.Məmmədyarovun Qarabağla bağlı fikirlərinə görə təəssüfləndiyini bildirib. Millət vəkili deyib ki, E.Məmmədyarovun bu açıqlamalarından sonra adam elə qənaətə gəlir ki, o, sanki ölkədə baş verən proseslərdən xəbərsizdir:
“Elmar Məmmədyarov müsahibəsində Qarabağ problemindən danışarkən yenidən “Madrid prinsipləri”ni ortaya atır. Bu adamın deyəsən nə dünyadan, nə də siyasətdən xəbəri var və hələ üstəlik möhtərəm prezidentin heç bir çıxışına da qulaq asmayıb. Belə məlum olur ki, Elmar bəy fil qulağında yatıb. Bizim üçün artıq status-kvo söhbəti qurtarıb, ordumuz Qarabağı işağaldan azad edib sərhəddə dayanacaq, bunları möhtərəm prezident çıxışlarında deyib. Hadrut işğaldan azad olunub və Xocavənd də azad olunmaq üzrədir. (Elmar Məmmədyarov Xocavəndi tanımır, amma Martuni sözün başa düşər). E.Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla yenidən ermənilərin “dəyirmanına su tökür”. E.Məmmədyarova demək istəyirəm ki, getsin işiylə məşğul olsun. Nə yaxşı ki, möhtərəm prezident E.Məmmədyarovu vaxtında işdən çıxarıb yerinə ləyaqətli bir adam gətirib. İndi xarici işlər nazirimiz Ceyhun Bayramov bədən diliylə, qalib ölkənin naziri kimi danışır”./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar