Xəbər lenti
NATO zabiti: Erməni əsgərləri Qarabağda mənasız yerə ölür
Ermənistan müharibəni bərabər olmayan qüvvə ilə aparır. Azərbaycanın hərbi gücü daha çoxdur. Azərbaycan Ordusu təkcə dronlarla və müasir silahlarla yox, həm də kəşfiyyat məlumatları ilə erməni tərəfindən daha güclüdür.
Manevr.az xəbər verir ki, bunu “haqqin.az”a açıqlamasında ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kapitanı, NATO-nun Antiterror Mərkəzinin Türkiyədəki eks-komandanı Harri Tabax deyib.
O, ermənilərin azərbaycanlılara bütün parametrlər üzrə uduzduğunu bildirib:
“Dağlıq Qarabağı dünyada heç kim tanımır. Ermənilər tarixin yanlış tərəfində yer aldılar. Mən Ermənistanın rəhbəri Nikol Paşinyanı öz ordusunun məhvini dayandırmağa çağırıram. Komandir olaraq mən öz əsgərlərimi ölümə göndərməzdim. Bu, erməni komandirlər üçün doğru deyil. Əgər onlar həqiqi komandirdilərsə, əsgərlərinin həyatlarını qorumalıdırlar. Bu, satqınlıq, qorxaqlıq deyil”.
O, erməni əsgərlərin Qarabağda mənasız yerə öldüyünü bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar