Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvan bu tarixdə təslim olacaq – Ekspert

Tarix: 24-10-2020 13:37     Baxış: 4221 A- / A+
İrəvan bu tarixdə təslim olacaq – Ekspert

XİN rəhbərinin okeanın o tayında görüşləri davam etməkdədir. Dünən ABŞ Dövlət katibi Pompeo ilə görüşən Ceyhun Bayramov daha sonra ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn, erməni lobbisinin əsas adamı, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə danışıqlar aparılıb.

Manevr.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

“Səfər çərçivəsində Azərbaycan icmasının üzvləri ilə görüş keçirib. Görüşlərdə Azərbaycanın mövqeyi ABŞ rəsmilərinə çatdırılıb. Maraqlı məqam eyni görüş otağından çıxan Bayramovun Pompeo ilə görüşə gedən Mnatsakanyanla görüşməməsidir. Bu ondan xəbər verir ki, hələlik Nikol Paşinyan danışıqlara hazır deyil.

Cəbhədə işğal edilmiş rayonların bir-bir Azərbaycan tərəfindən geri alınması Ermənistanı seçim qarşısında qoyub. Əgər döyüşlərin dayandırılması cəhdləri baş tutmasa, o zaman Nikol Paşinyan müharibədə uduzan tərəf kimi Azərbaycanın şərtləri daxilində dialoqa getməlidir. Hər halda Nikol Paşinyanın qarşısında bir-birinə bənzəyən 2 seçim var: Ya təslim olaraq torpaqları qaytarmaq, ya da müharibəni davam etdirərək minlərlə erməni əsgərinin məhv olması qarşılığında torpaqların Azərbaycan tərəfindən azad olması!”

Politoloq Ermənistan rəhbərliyinin gələn həftə təslim olaraq danışaqlara gedəcəyini ehtimal etdiyini bildirib:

“Lakin bu danışıqlar müharibədən əvvəlki danışıqlara bənzəməyəcək. Sülh danışıqlarının əsas mövzusu bütün erməni əsgərlərinin Qarabağdan çıxması, Azərbaycanın ərazi bütövlüyünün təminidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar