Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mustafa Şentop: “Azərbaycanın beynəlxalq aləmdə də haqlılığını sübut edəcəyinə inanıram”

Tarix: 24-10-2020 05:04     Baxış: 3192 A- / A+
Mustafa Şentop:

Azərbaycan və regionumuz çox çətin günlər yaşayır. Amma Azərbaycanda olarkən dövlət rəsmilərindən tutmuş xalqa qədər hər birində gördüyüm yüksək əhval-ruhiyyə məni çox məmnun etdi".

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "NTV"-yə müsahibəsində belə deyib.

Azərbaycandan yeni qayıdan TBMM sədri səfər təəssüratlarını bölüşərkən bildirib ki, Türkiyənin ölkəmizə tam dəstəyini ifadə etmək üçün Bakıda, Gəncədə olarkən bunu həm xalqa, həm də rəsmi dairələrə çatdırıb: "Biz Azərbaycana hər dəfə gedəndə özümüzü qonaq kimi deyil, ev sahibi kimi hiss edirik. Bu dəfə azərbaycanlı qardaşlarımızın doğma münasibətini daha yaxından duyduq. Türkiyənin Azərbaycana dəstəyini 1918-ci ildə Bakıdakı Türk şəhidlərinin məzarlığı da ifadə edir. Azərbaycanı təkcə Türkiyə haqlı saymır, qardaş ölkə beynəlxalq hüququn tələbləri daxilində də haqlıdır".

M.Şentop deyib ki, Ermənistan artıq təkcə Azərbaycan üçün deyil, regionda və eləcə də bütün dünyada təhlükəli vəziyyət yaradıb: "Təxribatçı Ermənistan Azərbaycanı ona hücuma təhrik edir. Naxçıvana hücumları ilə dolayı yolla Türkiyəni bu təxribatlara cəlb etmək niyyətindədir. Dünyanın gözü qarşısında Ermənistan Azərbaycanın günahsız, məsum insanlarına hücum edir, evləri dağıdır, ailələri məhv edir və buna nəinki etirazlar var, hətta ATƏT-in Minsk qrupundakı həmsədr ölkələr Ermənistana silah yardımı edir. Ermənistanın iqtisadiyyatı hazırda o qədər zəifdir ki, bu silahları almaq gücü yoxdur. Bu silah-sursatların hansı tarixdə və hansı ölkə tərəfindən buraxılması, Ermənistana necə verilməsi haqqında, ABŞ, Kanada vətəndaşlarının muzdlu əsgər olaraq gəlib Azərbaycana qarşı döyüşməsinə dair faktlar var. Azərbaycan bu dəlilləri beynəlxalq aləmə yayacaq. Bu, əlbəttə, çətindir, amma Azərbaycan həm də haqlı olduğu üçün güclüdür deyə buna da nail olacağına inanıram. Ona görə də bəzi ölkələr, beynəlxalq qurumlar bu hadisələrə ikili standartlarla yanaşmalarından vaz keçməlidirlər". lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar