Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan dünyanın siyasi xəritəsindən tamamilə yox ola bilər” - Beket Karaşin

Tarix: 23-10-2020 21:43     Baxış: 4176 A- / A+
“Ermənistan dünyanın siyasi xəritəsindən tamamilə yox ola bilər” - Beket Karaşin

Qazaxıstan Azərbaycana qarşı qardaş münasibətini dəfələrlə sübut edib. Bu, xüsusilə Qarabağ münaqişəsinin kəskinləşdiyi zaman özünü göstərir. Azərbaycan torpaqlarının azad edilməsi uğrunda müharibə aparır və Qazaxıstan cəmiyyətinin əksəriyyətinin simpatiyası Azərbaycanın tərəfindədir.

Manevr.az xəbər verir ki, məşhur qazaxıstanlı yazıçısı, şair, analitik, Akademik Zeynulla Kabdulov Fondunun direktoru Beket Karaşin verdiyi açıqlamada öz proqnozlarından danışıb.

Ermənistan siyasi rəhbərliyinin münaqişənin sülh yolu ilə həllinə, erməni qoşunlarının geri çəkilməsini rədd etməsinə, həmçinin separatçı qurumun öz müqəddəratını təyin etməsində israrını davam etdirməsinə münasibət bildirən B.Karaşin bildirib ki, çox güman, Cənubi Qafqazdakı forpostunu itirmək istəməyən Rusiyanın iştirakı ilə pərdəarxası oyunlar gedir.

“Digər oyunçular da var. Ümumiyyətlə, hər şey Ermənistanın dünyanın siyasi xəritəsindən tamamilə yox ola biləcəyinə gətirib çıxara bilər. Yerevan rəhbərliyi özü buna səbəb olub.

Mənə elə gəlir ki, Azərbaycan Dağlıq Qarabağ ətrafında yeddi rayonu və Qarabağın özünü tam azad edəndən sonra da Ermənistan öz xəttini dayandırmayacaq və bombardmanı davam etdirəcək. Ancaq o zaman vəziyyət fərqli olacaq. Təcavüzkarlıq aktı cavab tədbiri görməyi tələb edəcək və onlar olacaq. Lakin biz öncəgörən deyilik ki, sonda nə olacağını qabaqcadan bilək”.

B.Karaşin ermənilərin Azərbaycan tərəfində guya türk hərbçilərinin iştirakı ilə bağlı iddiasına da münasibət bildirib:

“Bunun erməni təbliğatı olduğu aydındır. Yerevanda çox məsələlər barədə danışırlar. Suriyalı yaraqlılar, mücahidlər barədə açıqlamalar olub. Ermənistanın siyasəti həmişə yalan və vicdansız olub. Ermənistanın informasiya siyasəti yalana, Azərbaycanın informasiya siyasəti isə həqiqətə söykənir”./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar