Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Danışıqlar aparmağa gərək yoxdur” - Ceyhun Bayramov

Tarix: 23-10-2020 16:08     Baxış: 3220 A- / A+
“Danışıqlar aparmağa gərək yoxdur” - Ceyhun Bayramov

"İkinci Ermənistanın, qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində heç bir gələcəyi yoxdur".

Manevr.az-ın məlumatına görə, bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun “The Washington Times” qəzetində dərc olunmuş “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu əsasda Ermənistanla müharibə bitirilə bilər” adlı məqaləsində deyilir.

Nazir məqalədə bildirib ki, bütün ölkələr, o cümlədən ABŞ və Rusiya, hətta Ermənistan özü də Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın onun tərkibində danılmaz yerini təsdiq edir:

“Danışıqlar aparmağa gərək yoxdur, Azərbaycanın tərkib hissəsi kimi bir torpaqda sülh içində birgəyaşayışın yollarını axtarmaq lazımdır. Bu, mümkündür. Azərbaycanda sülh və əmin-amanlıq şəraitində sünnilər və şiələr, yəhudilər və xristianlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, saxurlar və digər xalqlar yaşayır. İşğal olunmuş ərazilər nəzərə alınmadan 30 minə yaxın erməni Azərbaycanı öz evi adlandırır. Bura monolit etnosun və ya vahid dinin yeri deyil”.

Nazir qeyd edib ki, bununla belə, Ermənistanın indiki hökuməti hazırda öz destruktiv siyasətini davam etdirir:

“Azərbaycan Ermənistanla qonşu kimi sülh və çiçkələnmə şəraitində yaşamaq istəyir. Bizim bütün problemlərimiz erməni işğalı və sülhü üçün yeganə şərt olan qoşunların öz ərazilərimizdən çıxarılmasının icra olunmaması ilə əlaqədardır. Biz başqa cür yaşamağı öyrənməliyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunun əsasında biz müharibəyə son qoya və sülh yoluna qədəm qoya bilərik”.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar