Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibə istəyən Paşinyanı nə gözləyir? - Ermənistana cəsədlər gələndə ona...

Tarix: 21-10-2020 22:57     Baxış: 4192 A- / A+
Müharibə istəyən Paşinyanı nə gözləyir? - Ermənistana cəsədlər gələndə ona...

Ermənistanın Baş naziri Nikol Paşinyanın başı tamamilə xarab olub. Uduzan tərəfin durub müharibədən dəm vurmağı o deməkdir ki, zərərin yarısından qayıtmaq şanslarını itirir. Ola bilsin ümid edir ki, öz ərazisində olan gücü ilə Azərbaycanla müharibəyə girdişdiyi təqdirdə arxasınca Rusiya gələcək. Amma səhv edir. Müharibə Azərbaycan ərazisində gedir. Öz ərazisindən Azərbaycana soxulacaqsa, öz ərazisi zərbə altında qalacaq. Bu halda heç kəsin Azərbaycanı qınamaq haqqı olmayacaq.

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan Baş naziri Nikol Paşinyanın xalqa sonuncu müraciətini şərh edərkən deyib.

Xatırladaq ki, Paşinyan müraciətində Qarabağ məsələsinin bu mərhələdən başlayaraq diplomatik həll yolunun olmadığını bəyan edib. O, erməni cəmiyyətini silaha sarılmağa, könüllü müdafiə dəstələrinə qoşulmağa səsləyib. Eləcə də tələbələri Dağlıq Qarabağa getməyə və döyüşlərə atılmağa çağırıb.

Rasim Musabəyovun qənaətinə görə, Paşinyan göstərmək istəyir ki, vuruşur: “Onun rəqibləri isə bilirlər ki, məğlub olacaq. Həm də başa düşür, hansısa mərhələdə rəqibləri ona deyəcək ki, məğlub oluruq, güzəştlərə get və məsələ həll olunsun. Bu halda Paşinyan günahları rəqiblərinin boynuna atmağa çalışa bilər. Onun ucuz və cılız manevrləri əslində özünü xilasa yönəlib. Hakimiyyətini də yox, ancaq özünü... Anlayır ki, müharibəyə son qoyulduğu halda bununla haqq-hesab çəkəcəklər. Bu haqq-hesab heç də hakimiyyətinin itirilməsi deyil, fiziki məhvinə gətirib çıxara bilər. Ermənistana cəsədlər gələndə ona deyəcəklər ki, dur cavab ver, anlat görək Ermənistan niyə uduzub biabır oldu. Əvvəl özlərini çox yuxarıdan aparırdılar, deyirdilər elə edəcəyik, belə edəcəyik, erməni ruhu var və s. İndi hanı erməni ruhu? Batdı!”

Politoloqun zənnincə, əslində Paşinyan bu addımı ilə Azərbaycana imkan yaradır ki, onları öz torpaqlarımızdan silib atsın: “Diplomatik baxımdan da bu, bizə üstünlük yaradır. Heç kəs gedib başdanxarab bir dövlət başçısına qoşulmayacaq. Mənə elə gəlir ki, bu arzu edir Putin və ya başqa belə statuslu siyasətçi ona desin ki, a kişi etmə, gəl zərərin yarısından qayıt. Başını itirib. Onun əvvəllərdə davranışlarında məntiqsizlik hiss edilirdi. İndi isə stress vəziyyətindədir. Onun bundan da pis davranışlara gedəcəyini istisna etmirəm”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar