Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Maksim Şevçenko: "Azərbaycan “Böyük Ermənistan” xülyasını yoxa çıxardı"

Tarix: 20-10-2020 22:16     Baxış: 4221 A- / A+
Maksim Şevçenko: "Azərbaycan “Böyük Ermənistan” xülyasını yoxa çıxardı"

"Azərbaycan ordusu Zəngilanı aldı!"

Manevr.az xəbər verir ki, bu sözləri özünün "Maks atakuet” Teleqram kanalında rus politoloq, jurnalist, teleaparıcı və ictimai xadim, 9 sentyabr 2018-ci il tarixdən VII çağırış Vladimir Bölgəsi Qanunvericilik Məclisinin deputatı, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Maksim Şevçenko yazıb.

O, növbəti dəfə Azərbaycan ordusunun əməliyyatlarını şərh edib: "Bu, o deməkdir ki, demək olar Dağlıq Qarabağdan kənar bütün ərazilər Azərbaycan tərəfindən işğaldan azad edilib. Beynəlxalq spekulyantların və geopolitik oyunçuların Azərbaycan və erməni xalqlarını şantaj edib uzatdıqları "sülh prosesi" artıq əvvəlki formada heç bir məna kəsb etmir. Tamamilə aydındır ki, Azərbaycanın Laçın və tanınmamış DQR ərazisi daxil olmaqla AzSSR sərhədləri daxilində öz suverenliyini tamamilə bərpa etməsinə mane olacaq bir qüvvə yoxdur. Artıq "DQR” hökuməti, məsələn, Yerevana mühacirət edə bilər. Orada ki qarabağlıları sevir və tanıyırlar. Yaxud öz evləri kimi hiss etdikləri millət vəkili Zatulinin bağ evində yerləşə bilər. Ya da Kedmi və Satanovski ilə birlikdə Solovyovun proqramında.

Artıq Ermənistanla Azərbaycan arasında kapitulyasiya və sülh müqaviləsindən söhbət gedir. Və ya sadəcə sülh müqaviləsi. Dünya erməniləri üçün vəziyyət kökündən və tamamilə dəyişdi. "Böyük Ermənistan” xülyası şəklində qazanc və spekulyasiya amili yoxa çıxdı. Bu dünya diaspor konsorsiumunun statusu Azərbaycan ordusu tərəfindən kəskin şəkildə aşağı salınıb. Və görünür, Kremlin səssiz razılığı ilə. Putinlə Ərdoğan arasındakı razılaşmalar haqqında dəqiq məlumatımız yoxdur.

Bəlkə məsələnin strateji çəkisi indi Putin üçün elədir ki, "millətçi erməni kədəri" onun üçün qayğıdan daha çox əngələ çevirilib? Variantlar var, həm də çoxdur (tezliklə onlardan da danışacağıq).

Masa üzərində yenidən şəkillənməkdə olan dünyada tuta biləcəyimiz yerdir"./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar