Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər KTMT-dən əlini üzdü

Tarix: 20-10-2020 16:46     Baxış: 3164 A- / A+
Ermənilər KTMT-dən əlini üzdü

Ermənistanın siyasi rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təşkilatından əlini üzüb.

Manevr.az xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Savaraş Köçəryan jurnalistlərlə söhbətində KTMT-yə müraciət etməyin hələ tez olduğunu bildirib. “Ermənistanın sərhəd ərazilərinin Azərbaycan tərəfindən atəşə tutulmasını təcavüz kimi qiymətləndirmək və bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmək hələ tezdir”, - deyə o qeyd edib.

Nazir müavinin bu açıqlaması rəsmi İrəvanın Qarabağda alovlanan müharibənin miqyasını böyütmək cəhdlərinin iflasa uğramasından xəbər verir.

Sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Hərbi əməliyyatların ilk günlərindən Ermənistan Türkiyənin münaqişədə iştirakı, Azərbaycanın Ermənistan ərazilərinə təcavüz etdiyi barədə bəyanatlar verərək Rusiya və KTMT-nin prosesə müdaxiləsinə çalışıb. Lakin İrəvanın bu cəhdlərinə Kremldən yox cavabı verilib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskvanın Ermənistanın qarşısında öhdəlikləri olsa da, müharibə Azərbaycan ərazisində gedir. Bundan sonra Ermənistan Azərbaycanın münaqişə ocağından kənarda yerləşən şəhər və rayonlarını atəşə tutmaqla Bakını İrəvanı vurmağa təhrik edib. Ermənistanın hiyləsini başa düşən Azərbaycan bu oyuna getməyərək İrəvanın hərbi cinayətlərinə döyüş meydanında, yəni, Qarabağda cavab verib.

İndi erməni tərəfinin KTMT-yə müraciət etməyin tez olduğunu söyləməsi maraqlıdır. Görünür, İrəvan artıq baş düşüb ki, münaqişənin miqyasını böyütmək, bölgədəki maraqlı ölkələri üz-üzə qoymaq mümkün deyil. Ona görə də KTMT-yə müraciət edilməməsini bu cür izah etmək məcburiyyətində qalıblar.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar