Xəbər lenti
Baxçalı: Ermənilərin dialoq təklifi tələdir

Dağlıq Qarabağ türk yurdudur, çoğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, verilən türk canıdır. Qarşıdakı qüvvə isə terrorçu Ermənistan dövlətidir. Dağlıq Qarabağın əsl sahibinə keçməsinin zamanı gəlib çatıb.
Manevr.az xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib. O bildirib ki, PKK-nın dəstəklədiyi Ermənistana əsla etibar edilməməlidir:
“Bizə xəyanət edənlərin nəvələri bu gün Qarabağda qətl törədir. Osmanlı dövlətinin torpaqlarına hücum edib, onun bir hissəsini işğal edən Fransa da onları dəstəkləyir və silah-sursatla təmin edir. Türkün düşmənləri Dağlıq Qarabağda aktivdir. Erməni qatillər keçmişdəki alçaq hücumlarına yenilərini əlavə etməkdədir. Dağlıq Qarabağ Azərbaycana verilmədən atəşkəs və dialoq tələdən ibarətdir. Ermənistan humanitar atəşkəsi belə Azərbaycanın azad etdiyi yerləri yenidən işğal etmək fürsəti olaraq görür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar