Xəbər lenti
Ermənistan 5 ölkəni müharibəyə cəlb etmək istəyir - Tarixçi professor açıqladı

Ermənistanın bir məqsədi də Azərbaycanda xaos və anarxiya yaratmaqdır.
Manevr.az xəbər verir ki, bunu tarixçi professor, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, təcavüzkar Ermənistanın döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərində mülki insanları hədəf alması hərbi cinayət, terror və soyqırımıdır: “Ermənistanın bu soyqırımı törətməsi onun terrorçu dövlət olduğunu bir daha təsdiq edir. Ermənistan bu cinayəti ilə hərbi əməliyyatlarda məğlub olmasını ört- basdır etmək, Azərbaycanı raketlərin atıldığı Ermənistanı vurmağa təhrik etmək, beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etməkdir. Ermənistan rəhbərləri müharibə caniləridir".
Onun sözlərinə görə, Azərbaycan 1990-cı illərin dövləti və cəmiyyəti deyil: "Azərbaycan xalqının iradəsi və gücü ermənilərin bu çirkin niyyətlərini iflasa uğratdı".
Qeyd edək ki, Ermənistanın müharibəyə cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan yer alır.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar