Xəbər lenti
“Ermənistandakı legitim hərbi hədəfləri məhv etmək hüququmuz var” - Politoloq
Ermənistan ordusu cəbhədəki məğlubiyyətinin heyfini Azərbaycanın mülki əhalisindən çıxmaqda davam edir. Bu günədək 50-dən çox günahsız insan erməni terrorunun qurbanı olub. Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaq Gəncə, Mingəçevir, Yevlax şəhərləri, Abşeron, Xızı və sair rayonları dəfələrlə raket atəşinə məruz qalıb. Məlumat üçün qeyd edək ki, Ermənistanda sivil vətəndaşlarımıza qarşı raket atılan ərazilər legitim hərbi hədəflərdir. Yəni, Azərbaycan Ordusunun həmin yerləri cavab atəşi ilə məhv etmək hüququ var.
Maraqlıdır, işğalçı Ermənistan bu hərəkətlərini gələcəkdə də davam etdirməsi müqabilində Azərbaycanın həmin hərbi obyektləri məhv etməsi mümkündürmü? Ölkəmizin bu addımı beynəlxalq ictimaiyyətdə necə reaksiya doğurar?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Gəncənin yenidən vurulması bizə Ermənistan daxilindəki atəş nöqtələrini susdurmaq hüququ verir:
“Dövlət başçısı hər dəfə qeyd edir ki, bizim ermənilərdən fərqli olaraq mülki hədəfləri vurmaq kimi bir planımız və istəyimiz yoxdur. Biz bir dəfə Ermənistan daxilində raketləri vurduq və beynəlxalq təzyiq də olmadı. Deməli, bunu bir də edə bilərik. Çünki bunu etmədikcə mən qorxuram ki, Dağlıq Qarabağda müharibə gedərkən onlar Gəncə və Mingəçeviri yenidən raket atəşinə tutsunlar. Onlar bizim şəhərlərə çox atırlar, əksəriyyəti havada zərərsizləşdirilir, amma mülki əhali arasında tələfata səbəb olanlar da var. Mütləq şəkildə biz atəş nöqtələrini susdurmalıyıq. Bunu bir dəfə etmişik və heç kim prosesə qarışmayıb, çünki Gəncə hadisəsindən sonra bütün dünya gördü ki, biz haqlıyıq. Rusiya saytları da Gəncənin vurulmasını yazır. Ruslar da haqlı və haqsızın kim olduğunu görməlidirlər. Ona görə də bu, bizə tam onların atəş nöqtələrini susdurma imkanı verir. Bizim belə hüququmuz da var”.
Ekspert vurğulayıb ki, hücumların baş vermə səbəbi ermənilərin ard-arda məğlub olmasıdır:
“Onlar Qarabağda mövqelərini qoruya bilmirlər. Nəticədə bunun əvəzini çıxmağa çalışırlar. Bundan əlavə, onlar bilirdilər ki, bu saatlarda dövlət başçısı Füzuli şəhərinin azad olunmasını anons edəcək. Bu xoş xəbərə kölgə salmağa çalışdılar. Amma yenə də hədəflərinə çata bilmədilər. Füzuli şəhərinin azad olunmasına biz yenə sevindik. Bəli, şəhidlərimiz var, mülki əhali arasında ölənlərimiz var, onların hamısına Allahdan rəhmət diləyirik, amma biz onsuz da bilirdik ki, Qarabağ uğrunda savaşa başlasaq, itkilərimiz olacaq, biz buna hazır idik, bizi heç nə hədəfdən çəkindirə bilməz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar