Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağ üçün yeni format... – Zülfüqarov açıqladı

Tarix: 16-10-2020 09:08     Baxış: 4192 A- / A+
Qarabağ üçün yeni format... – Zülfüqarov açıqladı

Rusiya və Türkiyə Suriya münaqişəsində olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də ortaq hərəkət etməlidir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bundan sonra münaqişənin nizamlanmasında daha fərqli formatlara üstünlük verəcək:

“Rusiya faktiki olaraq Türkiyənin münaqişədəki yerini və rolunu anlayır. Bu mənada bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyəti elə də məqbul sayılmayacaq. Amma istisna etmirəm ki, indi Rusiya hansısa seçim qarşısındadır. Çünki bəllidir ki, Rusiya və Türkiyə digər regionlarda olduğu kimi, özünəməxsus bir format təşkil edə bilərlər.

Hazırda Ermənistan tərəfi və digər qüvvələr istəyirlər ki, tez bir zamanda atəşkəs rejimi bərpa olunsun. Atəşkəs isə yalnız Türkiyə və Rusiyanın danışıqlarda iştirakı ilə mümkün ola bilər. Təbii ki, ermənilər buna qarşı çıxacaq. Amma Rusiya üçün Türkiyə daha yaxşı partnyordur, nəinki hansısa Qərb ölkəsi. Bu baxımdan onların ayrıca format seçməsi iki tərəfin marağındadır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar