Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanı devirmək planı işə düşdü, ordu... - Hikmət Hacızadədən proqnoz

Tarix: 15-10-2020 15:52     Baxış: 4162 A- / A+
Paşinyanı devirmək planı işə düşdü, ordu... - Hikmət Hacızadədən proqnoz

Ermənistanda daxili situasiyanın gərginləşmə ssenarisi üzrə inkişaf edəcəyi gözləniləndir. Mən bunu istisna etməzdim. Obrazlı desək “Qarabağ klan”ı Nikol Paşinyanı çoxdan devirmək planını işə salıb. İndi bu proses yerindən tərpənə bilər.

Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a politoloq Hikmət Hacızadə Ermənistan daxilində siyasi ab-havanın hansı ssenarilər üzrə inkişaf edəcəyi haqda fikirlərini açıqlayarkən deyib.

Onun fikrincə, “Qarabağ klanı” Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqda, bunun nəticəsi olaraq Qarabağda mövqelərin itirilməsinə görə ittiham edə bilər: “Ona deyilə bilər ki, bu problemləri sən yaratmısan, odur ki, kənarda dur”.

Bununla belə keçmiş diplomat hesab edir ki, Ermənistanda hakimiyyətdə Nikol Paşinyandır və onun gücü “Qarabağ klanı” ilə müqayisədə bir qədər çoxdur: “Ancaq hər şey müharibədən və onun nəticələrindən asılıdır. Azərbaycan daha da irəliləsə, bunun erməni daxili siyasi mühitinə təsirləri güclü olacaq. Xüsusilə, “Qarabağ klanı”nın Nikol Paşinyanı ittiham etməsi üçün arqumentləri güclənəcək. Deyəcəklər ki, Azərbaycan ordusu az qala Göyçə gölünə çatır. Təbii ki, erməni xalqı da coşacaq, ayağa qalxacaq, mitinqlər başlayacaq. Əlbəttə, belə halda mühüm tərəf odur ki, ordu kimin tərəfini tutacaq. Bu da mühüm qüvvədir”.

Politoloq qeyd edib ki, Ermənistanda nizami ordu var, ancaq uduzan ordu daima idarəetmədən çıxır: “Uduzan ordunu bir mərkəzdən idarə etmək çətindir. Belə halda ordu özü-özünü idarə etməyə başlayır. Hərbi komandirlər, diviziya rəisləri, hətta batalyon komandirləri özləri əmrlər verirlər. Hər şey bizim uğurlarımızdan asılıdır. Bizim uğurlarımız çox olsa, Paşinyana qarşı etirazlar güclənəcək və onu hakimiyyətdən salmaq ehtirası güclənəcək”.

Hikmət Hacızadənin fikrincə, Ermənistanda baş verməsi mümkün görünən siyasi etirasların bizə heç bir isti-soyuğu yoxdur: “Bizim üçün vacibi indi ordumuzun irəliləməsidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar