Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan diaspor təşkilatları Ağ evin qarşısında etiraz aksiyası keçirdi

Tarix: 15-10-2020 10:53     Baxış: 4212 A- / A+
Azərbaycan diaspor təşkilatları Ağ evin qarşısında etiraz aksiyası keçirdi

Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz aksiyası keçirib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Vaşinqton şəhərində - Ağ evin qarşısında keçirilən aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini artilleriya atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması sərt şəkildə pislənib. Soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər.

Aksiyada Azərbaycan Nyu York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər dispor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız, eləcə də ABŞ-dakı türk icmasının nümayəndələri iştirak edib.

Azərbaycan, Türkiyə, Pakistan və Amerika bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycanın Dövlət Himni, vətənpərvərlik mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünü dayandırın”, “Erməni işğalına son qoyun” və s. kimi şüarların yazıldığı plakatlar nümayiş etdirilib.

Manevr.az
Azərbaycan diaspor təşkilatları Ağ evin qarşısında etiraz aksiyası keçirdi

Azərbaycan diaspor təşkilatları Ağ evin qarşısında etiraz aksiyası keçirdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar