Xəbər lenti
“Vəziyyətdən çıxmağın ən optimal yolu...” - Tofiq Zülfüqarov
Artıq Ermənistan ən yüksək səviyyədə düşdüyü vəziyyəti etiraf etməyə məcbur olub. Hiss edilir ki, bu vəziyyətdə onlar reallığa yaxın bəyanatlar verəcək, ona uyğun addımlar atacaqlar.
Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamasını şərh edərkən deyib.
Məlumat üçün qeyd edək ki, Nikol Paşinyan erməni xalqına müraciətində ciddi itki verdiklərini, erməni ordusunun cəbhənin şimal və cənub sərhədindən geri çəkildiyini etiraf edib.
Tofiq Zülfüqarov təəssüflə qeyd edib ki, indi Ermənistanın bəyanatında bir məqam arzuedilməzdir:
“Bizim hərbçilərimiz onların növbəti dəfə Azərbaycanda mülki insanları hədəfə almaq istəyən ballistik raketini və kompleksini zərərsizləşdirib. Ermənistan tərəfi iddia edib ki, buna cavab olaraq müxtəlif yerlərə atəş açmaq hüququ əldə ediblər. Bu göstərir ki, onlar avanturist siyasətdən əl çəkmək niyyətində deyillər. Eyni zamanda müxtəlif yerlərdə diaspor üzvlərini prosesə qoşaraq, onlara dəstək ifadə edən bəyanatlar əldə etmək istəyirlər. Bu, o deməkdir ki, onlar həqiqətlə üzləşmək istəmirlər”.
Tofiq Zülfüqarov hesab edir ki, indi vəziyyətdən çıxmağın ən optimal yolu Türkiyənin irəli sürdüyü təkliflə razılaşmaqdır:
“Türkiyə təklif edib ki, 2+2 formatında müzakirələr aparılsın. Hesab edirəm ki, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan formatı bu baxımdan əhəmiyyətli ola bilər. Zənnimcə, erməni tərəfi də bu formatda müzakirələrdə özlərinə xeyir götürə bilərlər. Çünki Ermənistan daima Türkiyəni ittiham edir. Əgər onların Türkiyə ilə bağlı hansısa problemləri, deyiləcək sözləri varsa? bu format daxilində deyə bilərlər. Yəni belə imkan da qazana bilərlər. Bu baxımdan ən aktual, vacib və konkret məqsədləri güdən, problemin həllinə yönəlmiş addım Türkiyənin bəyanatıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar