Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Minsk Qrupunda həmsədr ola bilərmi? - Politoloq

Tarix: 13-10-2020 10:09     Baxış: 4216 A- / A+
Türkiyə Minsk Qrupunda həmsədr ola bilərmi? - Politoloq

"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, proses Minsk Qrupu həmsədrliyi çərçivəsindən bir az çıxarılsın, Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə - bu dördlü format daxilində münaqişə həll olunsun”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli Türkiyənin danışıqlar masasında iştirakından danışarkən deyib. Politoloq qeyd edib ki, Türkiyə Minsk Qrupunun üzvüdur, amma həmsədr ölkə deyil:
"Ona görə də Türkiyənin bu mərhələdə danışıqlar masasında hansı statustda oturacağı bir az mübahisəli məsələdir. Amma məlum olan budur ki, Azərbaycan Prezidenti Türkiyənin də bu prosesə hansısa şəkildə aktiv qoşulmağını istəyir. Yəni, ola bilər ki, Türkiyə həmsədr olmasın, çünki bu, çətin məsələdir. Türkiyənin həmsədr olması üçün Ermənistanın razılığı tələb olunur. Ermənistan isə buna razı olmayacaq. Amma həmsədr kimi olmasa da, Türkiyə əldə olunan razılaşmalarda mühüm təminatçı, yəni qarantor ölkə kimi çıxış edə bilər. Azərbaycanın da mövqeyi bundan ibarətdir, Prezident də müsahibəsində vuğuladı ki, Türkiyə və Rusiya ikisi birlikdə bu problemin həllində mühüm rol oynaya bilər. Azərbaycan tərəfi belə hesab edir ki, bu yeni formatda münaqişənin həlli ehtimalı daha realdır, nəinki Minsk Qrupunun mövcud həmsədrliyi çərçivəsində. Mən Prezidentin sözlərindən də belə anlayıram”.
Türkiyə Minsk Qrupunda həmsədr ola bilərmi? - Politoloq

Şahin Cəfərlinin fikrincə, Rusiya Türkiyənin bu prosesə aktiv şəkildə qoşulmasında maraqlı deyil:

"Rusiya Qafqaza yeni və kənar bir oyunçunun müdaxilə etməsini istəmir. Moskva anlaşmasının 4-cü maddəsində də qeyd olunur ki, tərəflər münaqişənin həlli prosesində mövcud formatın dəyişilməzliyini təsdiqləyir. Bu o deməkdir ki, əlavə bir ölkənin bu prosesə daxil olmasına tərəflər razı deyil. Burada əsas Rusiyanın mövqeyindən söhbət gedir. Rusiya Türkiyənin aktiv şəkildə bu prosesə qoşulmasını istəmir. Ona görə Türkiyənin bu prosesdə hansı rol oynayacağı qeyri-müəyyən olaraq qalır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar