Xəbər lenti
Ona görə də bircə yol var: torpaqlarımızı hərbi yolla azad etmək -EKSPERT

"Hesab edirəm ki, Ermənistan atəşkəsə əməl etmədiyinə görə daha da cəzalandırılacaq”.
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
"Ermənistan heç vaxt atəşkəsə əməl etməyib. Xüsusən də Gəncə şəhərində mülkü əhaliyə qarşı törətdiyi terror hadisəsi... Bundan əlavə Hadrut istiqamətində yenidən əməliyyatlar həyata keçirmək, itirilmiş əraziləri geri qaytarmaq kimi cəhdlər etdilər. Bunların hər birində də layiqli cavablarını aldılar. Sentyabrın 27-dən üzü bəri hər gün Azərbaycan ordusundan, cəbhə bölgəsindən şad xəbərlər gəlir. Strateji əhəmiyyətli yüksəkliklər, kəndlər, Cəbrayil şəhəri işğaldan azad edib”, - ekspert deyib.

Emin Həsənlinin fikrincə, Ermənistan bu şansdan istifadə edib tez qrafik tərtib etməli idi:
"Ermənistan bildirməli idi ki, qısa bir müddətdə Azərbaycanın bütün ərazilərini boşaldacaq. Amma bununla bağlı heç bir açıqlama vermədi. Ona görə bu prosesdə bircə yol var, hərbi yolla torpaqlarımızı işğaldan azad etmək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar