Xəbər lenti
Ermənistan Şuşa və Laçından reportaj hazırlayan rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi

Ermənistan XİN rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib.
Manevr.az qaynarinfoya istinadən xəbər verir ki, bu barədə İlya Azar özünün "Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, buna Şuşa və Laçından hazırladığı və "Novaya qazeta”da yayımlanan "Cənub qapısında müharibə” adlı reportajı səbəb olub.
İ.Azar qeyd edib ki, reportaj "ermənilərin vətənpərvərlik hisslərinə toxunub və azərbaycanlıların xoşuna gəlib”.
2011-ci ildən Azərbaycanda "arzuolunmaz şəxs” elan olunduğunu xatırladan jurnalist Ermənistanda akkreditasiyasının ləğvini söz azadlığına maneə kimi qiymətləndirib.
Reportajla aşağıdakı linkdən tanış olmaq olar:
https://novayagazeta.ru/articles/2020/10/07/87416-voyna-u-yuzhnyh-vorot
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar