Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənovun Orduya verdiyi “Vur” əmri hansı anlama gəlir? – Hərbi ekspert

Tarix: 06-10-2020 18:42     Baxış: 4226 A- / A+
Zakir Həsənovun Orduya verdiyi “Vur” əmri hansı anlama gəlir? – Hərbi ekspert

"Bundan əvvəl Müdafiə naziri bildirmişdi ki, biz mülki şəxslərə qarşı döyüş əməliyyatları aparmırıq”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun keçirdiyi xüsusi xidməti müşavirəsində orduya verdiyi tapşırıqlara aydınlıq gətirərkən deyib. Üzeyir Cəfərli bildirib ki, Azərbaycan ordusunun hədəfləri rəsmi hərbi hissələr və döyüş texnikalarıdır:
Zakir Həsənovun Orduya verdiyi “Vur” əmri hansı anlama gəlir? – Hərbi ekspert

"Bundan əvvəl Müdafiə naziri bildirmişdi ki, biz mülkü şəxslərə qarşı döyüş əməliyyatları aparmırıq. Azərbaycan ordusunun hədəfləri rəsmi legitim qüvvələr - rəsmi hərbi hissələr, onların şəxsi heyəti və döyüş texnikalarıdır. Ona görə də burada ardıcıl halda hara gəldi, necə gəldi söhbəti ola bilməz və düşünmək də düzgün deyil. Bu, Müdafiə nazirinin birmənalı göstərişidir ki, əks hücum zamanı əsgərlərə atəş açan, əsgər və zabitlərin həyatı üçün təhlükə yaradan bütün hərbi təyinatlı obyektlər məhv edilir. Bu istiqamətdə də işlər aparılır. Ona görə də əsas həyati əhəmiyyətli, ilkin zəruri tədbirlərin görülməsidir. Hansısa hazırlıq görüldüyü, ya harda ki, yavaş-yavaş yığışdıqları görünərsə, bunun qarşısı alınmalıdır. Göstəriş bu anlama gəlir. Xüsusi xidməti müşavirənin də əsas səbəbi bundan ibarətdir”.

Hərbi ekspert qeyd edib ki, nazir eyni zamanda düşmənə də xəbərdarlıq edir:

"Yəni, "İskəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı təqdirdə bunun cavabı Azərbaycandan adekvat olacaq. Biz bunu heç vaxt gizlətməmişik. Çünki son günlər bəzilərində narahatlıq var. Son günlər erməni Gəncəni, Şəmkiri vurur. Digər məsələlərə də diqqət yetirək, əsas Rusiyanın fəallaşmasıdır. Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkin deyib ki, minlərlə terrorçu Yaxın Şərqdən Dağlıq Qarabağ münaqişəsi zonasına göndərilir. Bundan əlavə, Ermənistanın sabiq prezidenti, Putinin yaxın dostu Robert Köçəryan bu gün Rusiyanın Ermənistandakı səfiri ilə görüş keçirib. Belə şeylərə əhəmiyyət vermək lazımdır. Mülkini deyil, hərbini vurmalıyıq”.

Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 6-da xüsusi xidməti müşavirə keçirib. Nazir müşavirədə Azərbaycan ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar