Xəbər lenti
“Erməni işğalındakı ərazilərimiz Rusiyanın strateji nəzarəti altındadır”
Sülhəddin Əkbər: “Rusiya geopolitik qarşıdurmanın həlledici mərhələsinə hazırlıq görür”
Rusiya Ermənistan ərazisində olan 102-ci hərbi bazasını əlavə hərbi texnikalar vasitəsi ilə gücləndirməklə yanaşı, düşmən ölkədə yeni hərbi hissə və radiolokasiya sistemləri yerləşdirməkdə davam edir.
Maraqlıdır, onsuz da yetərincə rus hərbi gücünün mövcud olduğu Ermənistanda Rusiya hərbi bazalarının sayının artırılması hansı zərurətdən irəli gəlir?
Moderator.az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bunun əsas səbəblərinə aydınlıq gətirib:
“Ukrayna böhranından sonra dünyada, eləcə də bizim regionda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. Rusiya da bu həlledici mərhələyə hazırlıq görür və bütün MDB perimetri üzrə öz müdafiə səddini qurur. Bu, ABŞ və NATO ilə İran və Rusiyanın arasında baş verəcək geopolitik toqquşmaya hazırlıqdır. Rusiya Azərbaycanda da öz hərbi maraqlarını təmin etməyə çalışacaq. Həm işğalçı Ermənistan, həm də qondarma Dağlıq Qarabağ Respublikası Rusiyanın strateji uzantısıdır. Bizim işğaldakı 20% ərazimiz Rusiyanın strateji nəzarəti altındadır. Bu gün Azərbaycan ora nəzarət edə bilmir.
Bir sözlə, Rusiyanın regiondakı hərbi aktivliyinin artması həm geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması, həm də İran məsələsinin Tramp dönəmində yenidən gündəmə gəlmə ehtimalı ilə bağlıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar