Xəbər lenti
Gəncəyə raket atılması əmrini o verib - Etiraf

Gəncədə hərbi obyektlərin vurulması əmrini qondarma "DQR"-in rəhbəri Araik Arutyunyan verib.
Bu barədə Arutyunyan özü bəyanat yayıb.
Bəyanatda deyilir:
"Bu gün mənim əmrim əsasında müdafiə ordumuz Gəncə şəhərindəki hərbi obyektlərin zərərsizləşdirilməsi məqsədilə bir neçə raket zərbəsi endirib. Hazırda mən günahsız mülki əhali arasında itkilərdən qaçmaq üçün atəşi dayandırmaq tapşırığı vermişəm. Əgər düşmən lazımi nəticələr çıxarmasa biz düşmən ordusunu və arxa cəbhəni dağıtmaq üçün uyğun və güclü zərbələr endirəcəyik”.
Manevr.az xəbər verir ki, birincisi, Arutyunyanın nəzərdə tutduğu hərbi obyektlər vurulmayıb və o, prinsipcə, dinc sakinləri qətlə yetirərək hərbi cinayət törədib. İkincisi, separatçıların lideri bu açıqlama ilə həm də Ermənistan rəhbərliyini məsuliyyətdən yayındırmağa çalışır.
Arutyunyanın üçüncü məqsədi isə özünün yaralanmadığını, sağ-salamat olduğunu isbat etmək məqsədi daşıya bilər.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar