Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Leonid İvaşov:“Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”

Tarix: 01-10-2020 17:53     Baxış: 4206 A- / A+
Leonid İvaşov:“Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”

Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır, bu təhlükəlidir və ölkə nüfuzunun itirilməsi təhlükəsi var.

Bu sözləri hərbi ekspert, istefada olan general-polkovnik Leonid İvaşov deyib.

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin keçmiş rəisi L.İvaşov oktyabrın 1-də “İnterfaks”a bildirib ki, Rusiyanın bu müharibəyə cəlb olunması təhlükəlidir və lazım da deyil:

“Biz Ermənistanın tərəfində bu müharibəyə qoşulmaqla yalnız nüfuzumuzu itirmiş və təcavüzkar kateqoriyasına düşmüş olarıq. Ermənistan Rusiyanın olduqca dəyişkən müttəfiqidir. Ona arxa çevirərək NATO-nun növbəsində durmaq üçün bir həftə lazımdır. Biz ən yaxşısı öz təhlükəsizliyimiz barədə düşünək, bu müharibəyə qoşulmayaq”.

L.İvaşov vurğulayıb ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Rusiyanın Ermənistandakı hərbi bazası neytrallığını qorumalıdır. Ekspert bəyan edib ki, Ermənistan yeddi rayonu Azərbaycana verməyə razı olarsa, Dağlıq Qarabağdakı münaqişəni dayandırmaq mümkündür, Rusiya və Türkiyə təhlükəsizliyin qarantları kimi çıxış edə bilərdilər:

“Rusiya və Türkiyə tərəflərin təhlükəsizliyinə öz bölmələrini yeritmədən silahlı qüvvələri ilə və siyasi cəhətdən təminat verməlidirlər. Ermənistan və Azərbaycanın təmkinlik göstərməyə başlamaları üçün təkid etmək lazımdır. Atəşi dayandırmağa başlamaqdan ötrü ilkin şərt Azərbaycanın işğal olunmuş yeddi rayonunun azad edilməsinə Ermənistanın razılıq verməsi ola bilər. O zaman Azərbaycan bütün döyüş əməliyyatlarını dayandırar və ağır texnikanı geri çəkər”.

L.İvaşovun sözlərinə əsasən, söhbət Ermənistanın 1990-cı illərdə işğal etdiyi Dağlıq Qarabağın yeddi rayonundan gedir:

“Bu, heç kəsin yaşamadığı boş zonadır. Orada heç nə - nə elektrik enerjisi, nə də su var, hər şey dağıdılıb. Danışıqlar masası arxasına otursunlar – rayonların verilmə ardıcıllığı barədə razılığa gəlsinlər. Bundan sonra Azərbaycan tərəfi qaçqınların ora necə qayıdacağını həll edəcək. Ardınca tərəflər danışıqlar masası arxasına otururlar və Qarabağın statusuna dair məsələni həll edirlər. Əsas odur ki, müharibə olmasın”.

“Mən vaxtilə bu danışıqlar prosesində iştirak etmişəm. Axı ötən 30 il ərzində nəyisə həll etmək olardı. Heç olmasa ildə bir dəfə bir-birinə doğru addım atsaydılar, artıq nəticə olardı”, - deyə o əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar