Xəbər lenti
Kolumbiya Senatı Ermənistanın təcavüzünü pislədi
Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası bu gün qəbul etdiyi bəyanatda sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları və təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.
Manevr.az xəbər verir ki, sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.
Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağırılır.
Sonda dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həyatını itirmiş şəhidlərə görə başsağlığı verdiyi bildirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar