Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Metyu Brayza: "Sülhdən danışmaq hələ çox tezdir"

Tarix: 30-09-2020 10:46     Baxış: 7177 A- / A+
Metyu Brayza: "Sülhdən danışmaq hələ çox tezdir"


1994-cü ildə, Qrabağ müharibəsinə son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi imzalandı. Bu gün vəziyyət həmin dövrdən tamamilə fərqlənir. ATƏT Minks Qrupunun həmsədri olduğum illərdə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanla Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev arasında prinsipcə bir razılıq mövcud idi. Lakin bu, bir neçə əsas faktlar çərçivəsində irəliyə doğru məntiqli çıxış yolu hesab olunurdu.

Manevr.az trend-ə istinadən bildirir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza CNN kanalına müsahibəsində deyib.

M.Brayza bildirib: "Ermənistanda "Məxməri" inqilabdan sonra hakimiyyətə gələn Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə normal münasibətlər quracağına və münaqişənin həlli istiqamətində irəliləyiş olacağına ümid vardı. Əslində, 2018-ci ildəki ilk görüşlərindən sonra hər iki lider birgə açıqlamasında xalqların sülh prosesinə hazırlanmasına ehtiyac olduğunu bildirdilər. "Məxməri" inqilabdan bəri Paşinyan öz ölkəsində siyasi təzyiq altına düşdü və inqilabla bağlı gözləntilərini doğrulda bilmədi və fikrini dəyişərək əvvəlcədən razılaşdırılmış prinsipləri dəstəkləmədiyini söylədi.

Ermənistan və Azərbaycan arasında mövcud gərginliyə gəldikdə, münaqişəni kimin başlatdığı, ilk atəşin hansı tərəfdən açdığı bilinmir, ancaq hər iki tərəfin ağır silahlardan istifadə etdiyi və zirehli texnikalarını təmas xətti boyu yerləşdirdiyi məlumdur. Sülhdən danışmaq hələ çox tezdir. Zənnimcə, döyüşlər ya Ermənistan Azərbaycanın hərbi əməliyyatlarının qarşısını alana kimi, ya da Azərbaycan geri qaytardığı ərazilərdə mövqelərini tam möhkəmlədənə qədər davam edəcəkdir.

ABŞ-ın regionda müəyyən maraqları olduqlarını deyə bilərik. Lakin Obamanın prezidentliyi dövründə olduğu kimi, Tramp hökuməti də bu gün Dağlıq Qarabağ münaqişəsinə o qədər də diqqət yetirmədiyi görünür. Açığı, düşünürəm ki, Qarabağ əsasən Buş hökumətinin diqqət mərkəzində olub. ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Mink Qrupunda boşluqlar görünür, onlar çox iş görə bilmirlər. Bu səbəbdən, hesab edirəm ki, indiki vəziyyətdə Ermənistanı dəstəkləyən Rusiya və "bir millət və iki dövlət"şüarı altında Azərbaycanı dəstəkləyən Türkiyə bu boşluğu doldura bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar