Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın İrəvandakı səfirliyinin Qarabağ səhvi...

Tarix: 26-09-2020 19:48     Baxış: 4208 A- / A+
ABŞ-ın İrəvandakı səfirliyinin Qarabağ səhvi...

ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında ciddi səhvlərə yol verilib. Belə ki, Ermənistandakı səfirlik ABŞ vətəndaşlarına Dağlıq Qarabağa səfər etməmələrini məsləhət gördüyü halda, bu ərazilərin diplomatik və hüquqi baxımdan Azərbaycanın ərazisi olmasını göstərməyib.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O bildirib ki, bu, ciddi diplomatik səhvdir:

“Azərbaycan tərəfi məsələyə diqqət etməlidir. Rəsmi Bakı ABŞ-dan Ermənistandakı səfirliyinin bəyanat mətnində qeyd olunan diplomatik dili düzəltməsini tələb etməlidir. Mətndə region göstərilsə də, regionun əsl sahibi olan ölkə göstərilməyib”.

Politoloq ABŞ-ın Azərbaycandakı səfirliyinin Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağı tövsiyə etməsini isə normal qarşılayıb:

“Hazırda Azərbaycan-Ermənistan sərhədində müharibə təhlükəsi günü-gündən artmaqdadır. Bu mənada ABŞ-ın Azərbaycandakı səfirliyinin vətəndaşlarına xəbərdarlıq etməsi normaldır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar